Türkiyədə kriptovalyutalara tələb artıb

14-08-2018 / 17:53

Türkiyədə bir dollar cari ilin əvvəlində 3.8 lirə təşkil edirdisə artıq 11 avqustda bu göstərici 6.83 lirəyə qalxdı. Türk lirəsinin dollar qarşısında dəyər itirməsinə əsəs səbəb kimi Amerika ilə münasibətlərin kəskinləşməsi göstərilir.

Xeberler.az kriptoinvest.az-a istinadən bildirir ki, Amerikanın təzyiqlərinə cavab olaraq Türkiyə prezidenti lirəyə dəstək üçün əhalini dollar, avro və qızıllarını satmağa çağırış edib. Bu hadisələr isə öz növbəsində dövlətin xarici borclarını ödəməsində şübhələr doğurmağa başlayıb.

Həmçinin, Türkiyədəki problem ilə bağlı olaraq avro da dəyər itirməyə başlayıb. Məsələ ondadır ki, avropa bankları Türkiyə iqtisadiyyatına kifayət qədər investisiya (İspaniya -83.3, Fransa -38.4, İngiltərə -19.2, İtaliya -17, Yaponiya isə 18 milyard dollar) yatırıb  və nəticə etibarı ilə bu problem onalrada öz təsirini mütləq şəkildə göstərəcək. Hazırda prezident Ərdoğanın iqtisadi siyasəti və ölkənin xarici borclar üzrə ödəniş qabiliyyətliliyi avropa ölkələrində narahatlıq yaradır.

Qeyd edək ki, mövcud xəbərlər fonunda Türkiyə vətəndaşlarının kriptovalytalara marağı artmağa başlayıb. CoinMarketCap-ın məlumatlarına əsasən yerli birjalar olan Koinim, Btcturk və Paribu-da ticarət dövriyyəsi iki dəfə artıb. İnsanların lirəyə güvənsizliyi kriptovalyutalara (əsasən Bitcoin, Monero və Ripple) tələbi artırıb. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.