Uber-in xidmətindən pulsuz istifadə imkanı

21-08-2015 / 13:58

Hesab.az istifadəçiləri qazandıqları bonuslar vasitəsilə hərracda iştirak etməklə yanaşı, həm də onları “Dərhal dəyiş” bölməsindəki “Uber Hədiyyə Kartı-15 AZN”ə dəyişə bilərlər.

Hesab.az-dan Xeberler.az-a verilən məlumata görə, istifadəçilər Uber Azerbaijan tərəfindən təqdim edilən bu hədiyyə kartları vasitəsilə 15 AZN dəyərində pulsuz gediş əldə edəcəklər. 

Bunun üçün Hesab.az portalındakı şəxsi kabinetlərinə daxil olub, bonuslarının sayının qeyd olunduğu hissədə yerləşən “Dərhal dəyiş” bölməsinə giriş edərək,  bonuslarını “Uber Hədiyyə Kartı-15 AZN”dəyişə bilərlər.

Dəyişim Uber xidmətini ilk dəfə istifadə edənlərə aiddir və hər istifadəçinin yalnız bir dəfə dəyişim etmək imkanı olacaq. 

“Uber Hədiyyə Kartı-15 AZN” bir gediş üçün nəzərdə tutulub. Bu hədiyyə kartını əldə edənlər bir gediş etdikdə balanslarından 15 AZN silinəcək.

Xeberler.az

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.