Uber-dən Bakıda daha bir yeni xidmət

22-06-2016 / 12:24

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti Bakıda ailə hesablarını istifadəyə verib.

Xeberler.az-ın məlumatın görə, artıq hər kəs öz Uber hesabına ailə üzvlərini və dostlarını əlavə edə biləcək.

Sözügedən yenilik ailələrə büdcə xərclərinin hesablanmasını daha asan edəcək. Belə ki, hesaba əlavə olunan ailə üzvləri və ya dostların gediş haqqı əsas hesabın kartından çıxılacaq. Gedişin sonunda həm kart sahibi, həm də Uber-in ailə hesabından istifadə edən ailə üzvü qət olunan marşrutu, gediş haqqı və sürücü barədə ətraflı məlumatı alacaqlar.

Bundan başqa, yeni ailə hesabları Uber-də gedişi bir qədər də təhlükəsiz edəcək. Hər dəfə ailə üzvləri Uber-dən sifariş və ya istifadə etdiyi kimi kart sahibi gediş barədə bütün məlumatı dərhal telefonuna alacaq, Bununla yanaşı, o, həmçinin dost və ya yaxınlarının Uber-lə marşrut üzrə hərəkətini öz telefonu vasitəsilə daim izləyə bilər.

 Ailə hesabını yaratmaq üçün lazımi addımlar:

 - tətbiqin “Ayarlama” bölməsində müvafiq seçimi aktiv etmək (“Ailə hesabını əlavə etmək” bölməsini seçmək);

- ailə üzvlərini və ya dostları dəvət etmək (“Ailə üzvünü əlavə etmək” bölməsi): telefonun əlaqə nömrələri siyahısından müvafiq insanı seçmək;

- ailə üzvləri ailə hesabına əlavə olunmağa dair dəvət alacaqlar ki, sözügedən dəvət qəbul olunmalıdır;

- ailə hesabının sazlanması zamanı gediş haqqını ödəyəcək kartı seçmək mümkündür.

Gediş haqqı avtomatik olaraq nağdsız ödəmiş vasitəsilə həyata keçiriləcək: vəsait əsas hesaba bağlanan kartdan çıxılacaq. Ailə hesabı quraşdırılan zaman istifadəçinin kartından 7 AZN çıxılacaq ki, bu da kartın mövcudluğunu yoxlamaq üçün tələb olunur. Hesab qeydə alındıqdan dərhal sonra həmin ödənilən məbləğ yenidən karta oturulacaq.

 Ailə hesabına 10 nəfərədək insanı əlavə etmək mümkündür.

Ailə hesabları həmçinin ölkə xaricində də gedişlər üçün əlçatan olacaq: əsas hesabın sahibi yaxınlarının Azərbaycandan kənarda marşrut üzrə hərəkəti barədə məlumatı alacaq.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə