Uber və Bravo Bakıda yeni kampaniyaya başlayıb

19-04-2017 / 15:11

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti və Azərbaycanda ərzaq məhsullarının pərakəndə satışı üzrə aparıcı brendlərdən biri olan Bravo Bakıda birgə kampaniyaya başlayıblar.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, yeni açılmış Bravo hipermarketində hər hansı bir məbləğdə alış-veriş etmiş hər bir yeni Uber istifadəçisi Uber  ilə ilk iki gediş üçün 10 manat məbləğində endirim promokodu qazanacaq. Kampaniya yalnız yeni açılmış Bravo hipermarketində və yalnız yeni Uber istifadəçiləri üçün aktiv olacaq.

Uber istifadəçisi olmaq üçün eyni adlı tətbiqi smartfona yükləmək və qeydiyyatdan keçmək lazımdır. Promokoddan istifadə yararlanmaq üçün isə yeni istifadəçi tətbiqin menyusunda “Ödəniş” bölməsinə daxil olmalı, orada “Promo/Hədiyyə kodu daxil et” bəndini seçməli, açılan ekranda promokodu daxil edib, “Əlavə et” düyməsinə toxunmalıdır. Hər bir istifadəçi hesabında aktiv olan bütün promolara “Promolar” bölməsində baxa bilər.

Uber – şəxsi sürücü ilə avtomobillərin sifarişi üzrə mobil tətbiq hazırlamış beynəlxalq texnoloji şirkətdir. Hazırda şirkət 73 ölkənin 450-dən çox şəhərində fəaliyyət göstərir. Bakıda Uber 2015-ci ilin aprel ayından etibarən mövcuddur.

Xeberler.az

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.