Yaradıcı tweet atmağın 11 yolu

04-03-2015 / 18:15

Milyonlarla istifadəçiyə sahib Twitter üzərindən yaradıcı tweet ataraq hədəf kütlənizin marağını çəkə bilərsiniz . Twitter paylaşmalarınızı inkişaf etdirmək üçün alternativ yollar axtarırsınızsa,bu yazımız sizə bəzi ipucları verə bilər.

1. Suallar

Qısa və aydın suallarla izləyicilərinizlə daim qarşılıqlı əlaqədə olun. Bir başqa variant isə izləyicilərinizə iki variant təqdim edib birini seçmələrini istəməkdir. Daha çox qarşılıqlı təsir üçün təqibçilərinizdən ilk variant seçirlərsə retweet etmələrini, digərini seçirlərsə favoritlərə əlavə etmələrini istəyə bilərsiniz. Bu sualların sonradan sizə hədəflərinizi və taktikanızı müəyyənləşdirməkdə çox faydası olacaq.

2. Məhsul fotoşəkilləri

Məhsullarınızın fotolarını tweet olaraq atmağınız çox normaldır. Problem ondadır ki, insanlar hər yerdə bu fotolarla qarşılaşır.Reklam fotolarının yerinə məhsulunuzu fotolarla necə ssenariləşdirəcəyinizi düşünün. Bunun ən asan yollarından biri real həyatda çəkilən fotolardan istifadə edin. İzləyicilərinizdən gələn fotolarla ssenari yaradın.

3. Videolar

Müəyyən mövzularda mesajınızı ötürmək üçün video istifadəsi olduqca faydalıdır. Məhsulunuzun necə istifadə edildiyini göstərən, ya da trendə uyğun bir video paylaşa bilərsiniz. Yeni bir məhsulunuzu tanıtmaq üçün də Twitteri istifadə edə bilərsiniz.Twitterdə paylaşdığınız videonun izlənilməsi üçün fərqli üsullardan istifadə etməlisiniz.Videoya qoyacağınız başlıq izləyicinin diqqətini çəkməlidir.

4. Şərh və istinad

İstifadəçilərinizin ya da müştərilərinizin haqqınızda etdiyi şərhləri retweetləyə bilərsiniz. Bu şərhlər və istinadlar güvən təmin etmənizə və insanların şübhələrini ortadan qaldırmanıza köməkçi olar. Haqqınızda deyilənlərə reaksiyasız qalmamanızı təklif edərik. Beləcə müştərilərinizə onlarla maraqlandığınızı və onların tənqidlərini əhəmiyyət verdiyinizi göstərə bilərsiniz.

5. Digər insanların məzmunu

Paylaşmaq əhəmiyyət verməkdir. Səhifənizi aktual tutmanın ən asan yolu retweet etməkdir. Üstəlik də olduqca qazanclı bir qarşılıqlı təsirdir. Həm daha güclü bağ qurmanızı, həm də daha geniş bir kütləyə çatmanızı təmin edər.

6. Aktual xəbərlər

Twitter bir çox adam tərəfindən aktual xəbərlərə və trendlere çatmaq üçün istifadə edilir. Əslində bir çox adam nələr olub bitdiyini qaçırmamaq üçün Twitter hesabı açır. Ehtiyac duyulan bu məlumatı təqdim edə bilər ya da çatmalarını təmin edə bilsəniz, istifadəçilər profilinizi daha diqqətli bir şəkildə nəzarət etməyə başlar. Heçvaxt,amma heçvaxt trenddən geri qalmayın.

7. Fikirləriniz

Müəyyən mövzularda ilham verici fikirləriniz, sektorunuza dair şərhləriniz varsa təqibçilərinizlə paylaşın. Sizinlə eyni fikirdə olan təqibçiləriniz laqeyd qalmayacaq.

8. Pərdə arxası

Markalar sosial media üzərindən şirkət içi paylaşımlar etməyə başladı. Bu üsulu istifadə edərək siz də daha şəffaf bir mühit yarada bilər və təqibçilərinizin etibarını qazana bilərsiniz. Bazara yeni bir məhsul çıxarırsınızsa bu məhsulun istehsal mərhələsiylə əlaqədar diqqət çəkici məzmun meydana gətirə bilərsiniz. Beləcə təqibçiləriniz özünü sizə daha yaxın hiss edəcək. Bu həm də şirkətdaxili PR-ınıza şərait yaradacaq.

9. Əsl zamanında atılmış tweetler

Əyləncəli və sürətli bir ünsiyyət növü olan trendlərə uyğun atdığınız tweetler, sizi təqibçilərinizə daha yaxın edər. Təşkil etdiyiniz bir fəaliyyətdən, iş müddətinizdən maraqlı anları Twitterdə paylaşın. Son zamanlarda bu mövzuda ən diqqət çəkən nümunələrdən biri, iPhone 6 Plusun əyilmə problemi ortaya çıxdığında Heineken tərəfindən Twitterdə edilən "Sevimli Apple, problem yoxdur. Bu hər kəsin başına gəlir." paylaşmasıdır. Gündəmdə olan bir mövzudan bəhs edən məzmun,hər zaman böyük maraq görmüşdür.

10. İpucları

Müəyyən aralıqda təqibçilərinizin həyatını asanlaşdıracaq yaradıcı tweet paylaşmaq izləyicilərinizin diqqətindən qaçmayacaq. Sektorunuz ya da məhsullarınızla əlaqədar ipucları verərək siz də izləyicilərinizi artıra bilərsiniz. Təyin etdiyiniz bir hashtag ilə qısacıq bir ipucu paylaşaraq məzmunun sürətlicə yayılmasını və retweet edilmə ehtimalını artıra bilərsiniz.Məsələn:#xirdalanda,#basimiqasi kimi.

11. Məşhur haştaqlar

Aktual və məşhur haştaqləri istifadə edərək meydana gətirəcəyiniz bir yaradıcı tweet təqibçilərinizi artıracaq və daha geniş bir kütləyə çatmanızı təmin edəcək. Twitter səhifənizin sol qisimində olan məşhur haştaqlar bu mövzuda sizə köməkçi ola bilər. Burada diqqət yetirməniz lazım olan şey, bu haştaqlar haqqında izləyicilərinizn nə düşündüyüdür. ­-­-­Səhv bir addım sizi çətin vəziyyətə sala bilər. Xüsusilə siyasət kimi həssas mövzulardakı haştaqları istifadə etmək istəyirsinizsə paylaşmadan əvvəl məzmununuzu bir neçə dəfə nəzərdən keçirməli və tərəfsiz bir şəkildə tənqid etməlisiniz. Meydana gətirəcəyiniz fərdi, tanıdıcı, hədəfə istiqamətli tweetler yaradıcı olduğu zaman təqibçilərinizin və digər Twitter istifadəçilərinin marağını çəkəcəkdir. Müvəffəqiyyətli paylaşmalarla təqibçi sayını və qarşılıqlı təsiri artıra bilərsiniz.  

Elmin Bayramlı


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.