İnternet yalnız azad və sərbəst bir məkan deyil, onun vasitəsilə siyasətçilər rəqiblərini izləyir, ictimai fikirə təsir edir. Bununla bağlı bir qrup ekspert araşdırma aparıb. Həmin araşdırma ilə bağlı «The Sunday Times» qəzetində dərc edilən materialda qeyd olunur ki, Facebook və Twitter kimi sosial şəbəkələr heç bir senzura olmadan maraqlı dairələrin öz istəklərinə çatmasına imkan yaradır. Ekspertlər belə bir misal də gətirirlər ki, 2009-cu ildə İranda prezident seçkilərindən sonra etiraz kampaniyası
Yaxın aylarda Azərbaycandakı vergi ödəyiciləri fəaliyyətlərini dayandırıb-bərpa etmələri barədə vergi orqanlarını İnternet vasitəsilə xəbərdar edə biləcəklər.
Düzünü desəm mənim özümdə sosial şəbəkələrdən çox geniş istifadə edən birisiyəm. Əsasəndə facebook və twitterdən çox geniş istifadə edirəm. Amma bununla da qalmayaraq mən anlayıram ki, bu şəbəkələr insanda xəstəlik yaradır. Sözün hə qiqi mənasında. Mən artıq bu xəstəliyə yoluxmuşam desəm yalan olmaz. Demək olarki bütün günüm sosial şəbəkələrdə, əsasəndə müzakirələrdə keçir. Artıq unutmuşamda ki, universitet tələbəsiyəm və qarşıdan qış semestri imtahanları gəlir . Hər dəfə özüm-özümə söz verirəm ki, artıq qurtardı. Daha internetə girməyəcəm, ancaq və ancaq dərslərlə məşqul olacam.
2007-ci il Dneprepetrovskda qaz sızmasından 20 mərtəbəli bina partladı.
comScore analitik şirkəti internet istifadəçilər arasında populyar olan saytların reytinq cədvəlini tərtib edib.
Məşhur timegenie.com saytında Azərbaycanla bağlı kobud saxtakarlığa yol verilib. Dünyanın müxtəlif nöqtələri haqda ən geniş məlumatların yer aldığı saytlardan olan bu resursda Dağlıq Qarabağ "müstəqil dövlət" kimi göstərilib. Saytda qondarma «DQR» Azərbaycan, Tacikistan, Rusiya və digərlərilə yanaşı, «Avrasiyanın müstəqil dövlətləri»ndən biri kimi təqdim olunur. Timegenie.com saytında ərazi bütövlüyümüzün təhrif edilməsindən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il yanvarın 23-də Respublikanın 11 şəhərində sınaq imtahanları keçirəcək. Komissiyanın mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir. Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər.
2010-cu il informasiya-kommunikasiya texnologiyaları (İKT) və poçt sektoru üçün uğurlu il olub. XEBERLER.AZ-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, ilkin nəticələrə görə, ötən il ərzində bu sahədə əldə olunan gəlirlərin həcmi 2009-cu ilə nisbətən 31,3% artaraq 1158,9 milyon manata çatıb. 2010-cu ildə rabitə və informasiya
Ötən il Azərbaycanda internet resursu hazırlayan bələdiyyələrin sayı 42-yə çatıb. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyindən verilən məlumata görə, bunların 2-si yerli orqanların öz vəsaitləri hesabına, 5-i isə layihə çərçivəsində istifadəyə verilib. Paytaxtın Binəqədi və Qaraçuxur bələdiyyələri ilə yanaşı, Ağcabədi və Bərdə rayonlarının beş bələdiyyəsinin internet resursu artıq istifadədədir. Qeyd edək ki, rayon bələdiyyələrinin resursları donor təşkilatlarının ayırdığı qrant hesabına İqtisadi Təşəbbüslər Mərkəzi tərəfindən hazırlanıb
Bu barədə yanvarın 4-nə olan vəziyyət üzrə “Facebakers” hesabatında deyilir. 2011-ci il yanvarın əvvəlində sosial şəbəkə istifadəçilərinin sayı 2010-cu il dekabrın əvvəli ilə müqayisədə 6,77 faiz (17 700 istifadəçi) artıb. “Facebook”un Azərbaycan seqmenti istifadəçilərin reytinqində 94-cü yerdədir. Bu isə 2010-cu ilin dekabrı ilə müqayisədə iki bənd aşağıdır. Azərbaycandakı İnternet istifadəçilərinin ümumi sayı arasında sosial şəbəkə istifadəçilərinin faizi 0,48 faiz artaraq
Cənubi Koreyada 30-a yaxın yumurtaşəkilli robotlar orta məktəbdə ingilis dili dərsini tədris edirlər.Koreyanın Elm və Texnologiya Institutu tərəfindən hazırlanan “Engkey” adlı robotlarda xüsusi monitor vasitəsilə avtomat müəllimənin üzünü izləmək mümkündür.
Facebook sosial şəbəkəsi hələ 2008-ci ildə Twitter mikrobloqunu almağa cəhd edibmiş. «Financial Times»ın xəbərinə görə, bunun üçün Facebook rəhbərliyi o zaman qarşı tərəfə 500 milyon dollar təklif etsə də, təklif qəbul olunmayıb
Xəbər verdiyimiz kimi Sosial Bloq Yazıları Müsabiqəsi -3-ə start verilib. Müsabiqədə iştirak etmək istəyənlər yazılarını öz bloqlarında və ya sosium.com saytına yerləşdirə bilərlər. Müsabiqədə dekabr və yanvar aylarında yazılmış bloq yazılar iştirak edə bilər. Yazıların son daxil etmə tarixi: 14 yanvar, saat 23:00-dır. Bloq postlarınızı müsabiqəyə bu link vasitəsi ilə daxil edə bilərsiniz: http://sosium.com/musabiqe/daxilet/
Mərkəz\"dən gedən Vüqar Qaradağlı kanal rəhbəri olacaq 2010-cu il oktyabrın 22-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi müsabiqədə qalib gələrək Mədəniyyət kanalının acılmasına lisenziya qazanan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yeni kanalın fəaliyyətə başlaması istiqamətində işləri sürətləndirib. Əldə etdiyimiz məlumata görə, artıq Mədəniyyət kanalına kimin rəhbərlik edəcəyi də dəqiqləşib. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən verilən məlumatda bildirilib ki, media sahəsində tanınmış sima olan
450 milyon internet istifadəçisinin olduğu Çində Skype da Facebook və Twitter ilə birlikdə qadağan olunan saytlar siyahısına düşüb. Ölkədə icazəsiz fəaliyyət göstərən internet telefon xidmətlərinin bağlanılacağını açıqlanıb. Hazırda Çində qanuni olaraq iki dövlət şirkəti, Çin Telecom və Çin Unicom xidmət edir.
Müsahibimiz “İRƏLİ” İctimai Birliyinin baş katibi və “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Rauf Mərdiyevdir. - Rauf bəy, “Irəli” İctimai Birliyində İnformasiya Texnologiyaları (İT) sahəsində nə kimi yeniliklər gözlənilir? - Bildiyiniz kimi, Azərbaycanda ilk bloq təlimləri 2007-ci ildə “İrəli”nin İnformasiya Texnologiyalar departamenti tərəfindən həyata keçirilib. Biz daim bu məsələni diqqətdə saxlayırıq. 2010-cu ildə də “WEBLOG” adlı təlimlərə başlamışıq.
Robortlar işsizliyi artıracaq Kaliforniya alimləri yaxın zamanlarda robortların sayı surətlə artaraq, mətbəximizdən tutmuş, müharibələrə qədər nüfuz edəcəyini açıqlayıblar. “Guardian” qəzetinin xəbərinə görə mütəxəssislər robortlarla insanların birlikdə “yeni imkanlar dünyası” yaradacağına inanır. ABŞ ordusu "BigDogs" (Nəhəng itlər) adlandırılan 4 ayaqlı mexaniki yük daşıyan robortun yaradılmasına dəstək verir. Öz-özünü idarə edən bu robortlar, təhlükəli ərazidə 150 kiloluq yükü daşıya bilər. Havada isə bu robortlar Əfqanıstandakı hədəflərə
Türkiyədə «Azad ölkə» adlı kürd qəzetinin baş redaktoru Amin Dəmir barəsində məhkəmə qərarı çıxarılıb. Qəzet materiallarında PKK-nı dəstəkləməkdə təqsirli bilinən baş redaktor… 138 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Diyarbəkir məhkəməsi tərəfindən çıxarılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları