Facebook-dan şad xəbər...

22-06-2011 / 10:38
Facebooku sosial şəbəkəsi növbəti yeniliyə imza atır. Sosial brauzer olan RockMelt-lə müqaviləyə əsasən brauzer Facebook-a tam uyğunlaşdırılacaq. İstifadəçilər bu brauzerdən istifadə zamanı facebookşcom ünvanına daxil olamq məcburiyyətində qalmayacaqlar. Facebook-un əsas funksiyaları (mesaj göndərmə, dosluq təklifi göndərmə, status yenilənmələrini izləmək) brauzer ekranına inteqrasiya olunacaq. Sosial şəbəkəyə daxil olduqda isə bütün digər panellər yoxa çıxacaq. Dostlarla söhbət və axtarış saytda deyil brauzerdə açılacaq. Bütün bunların normal işləməsi üçün Facebook proqramçıları xeyli vaxt sərf ediblər. Brauzerin sağ tərəfində xətdə olan dostların siyahısı olacaq...
Şəbəkənin top-menecerlərindən biri Ethan Beard bildirib ki, "Bizim məqsədimiz istifadəçilərə digər saytlardan ayrılmadan dostarıyla əlaqədə qalmalarını təmin etməkdir... Biz RockMelt-lə sosial brauzer olduğu üçün əməkdaşlıq edirik. Biz həmçinin digər brauzer və şirkətlərlə də əməkdaşlıq etməyə hazırıq..."

Məlumat üçün qeyd edək ki, RockMelt 2010-cu ilin sonlarında Chrome-un açıq versiyası əsasında qurulub. Lakin sayt sosial şəbəkələrlə iş üçün maksimum uyğunlaşdırılıb.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə