Facebookdan nə qədər azərbaycanlı istifadə edir?

22-07-2010

Azərbaycanda isə son 3 ayda facebook istifadəçilərinin sayı 21% artıb. Facebakers.com saytının statistikasına görə, hazırda Facebookun Azərbaycandan olan iştifadəçilərinin sayı 184 660-dır. Onlardan 62% kişi, 38%-i isə qadındır. 18-24 yaşlılar Facebookdan daha çox (49 faiz) istifadə edənlərdir. İstifadəçilərin yaşı 13-dən 54 yaş arasında dəyişir. 65 yaşdan yuxarı olanlar isə bölgünün 1 faizidir.

“eBay” internet auksionunun mənfəəti artdı

22-07-2010

“eBay” şirkəti bu ilin II rübündə fəaliyyətinin maliyyə göstəricilərini açıqlayıb. Ən böyük internet-auksionlardan biri üç ay ərzində 2,2 mlrd. dollar gəlir əldə edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlir 2,1 mlrd. dollardan 6% artıb. Hətta “Skype” İP-telefoniya servisi nəzərə alınmadığı halda rüblük gəlir 15% artıb.


Bazar informasiya və kommersiya mərkəzi yaradılacaq.

22-07-2010

Mərkəz “Kənd təsərrüfatının kreditləşməsi və inkişafı üzrə ikinci layihə” çərçivəsində yaradılacaq.

Dövlət Radiotezliklər İdarəsi bu ilin birinci yarımilliyi üzrə statistik məlumatlarını açıqlayıb

22-07-2010

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi bu ilin birinci yarımilliyi üzrə statistik məlumatlarını açıqlayıb. Ilin birinci yarısında idarədə qeydiyyatda 297 təşkilat olub.


"Facebook"un yarım milyard istifadəçisi var

22-07-2010

Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebookun istifadəçiləri durmadan artır. Keçdiyimiz aylarda 300 milyon istifadəçiyə çatan Facebook rəhbərliyi növbəti hədəfimiz 500 milyon istifadəçidir demişdi. Bugünlərdə social şəbəkədə bu hədəfə çatıb. Artıq Facebookyn 500 milyon istifadəçisi var.

Applenin növbəti uğuru

21-07-2010

“Apple” şirkətinin xalis mənfəəti 2009-2010 maliyyə ilinin (bu il iyunun 26-da başa çatıb) III kvartalında 77,9% artaraq ötən maliyyə ilində ki 1,81 mlrd. dollara qarşı 3,25 mlrd. dollar təşkil edib. Mədaxil 15,7 mlrd. dollar təşkil edib, halbuki ötən il bu göstərici 9,73 mlrd. dollara bərabər olub.


Çin ABŞ-ı geridə qoydu

21-07-2010

İnternetin ən sürətli inkişaf etdiyi ölkələrdən olan Çində web tv böyük maraq cəlb edir. 300 milyona yaxın adamın məhz televizyaya baxmaq üçün kompüter istifadə etdikləri söylənilir. . Aparılan araşdırmalara görə, dövlətin nəzarətindən bezən gənclər web tv-lərə daha çox üstünlük verirlər.

“Yahoo!” bu il daha çox qazanıb

21-07-2010

Türkiyə mətbuatının yazdığına görə, “Yahoo!”-nun gəlirləri keçən ilin göstəricisi ilə müqayisədə cari ilin II yarısında 51% artaraq 213 mln. dollara yüksəlib. Ötən ilin müvafiq dövrünün nəticələrinə görə bu göstərici 141 mln. dollar olub. Bu ilin II rübündə gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 1 mlrd. 573 mln. dollara qarşı 1 mln. 601 mln. dollar təşkil edib.


"Facebook"dakı məşhurlar

21-07-2010

Qloballaşan dünyanı internetsiz təsəvvür etmək mümkünsüzdür. İnternet həyatımızın bir parçasına çevrilib. Elə bugün internetdən - daha konkretləşdirsək, dünyanın ən məşhur sosial şəbəkəsi olan “Facebook”dan söhbət açacağam. "Facebook" sosial şəbəkəsi 4 fevral 2004-cü ildə yaradılıb. Şəbəkənin əsasını qoyan 23 yaşlı Mark Çukerberqdir. Hazırda "Facebook"-un 400 milyona yaxın istifadəçisi var.

Vahid Qasımov: "Bizdə insanların kompüter vasitəsilə ödəniş etmə vərdişləri yoxdur."

21-07-2010

"Yaxın qonşumuz Türkiyə ilə müqayisə aparsaq, orada “Kitab yurdu” saytı var və orada satılan kitablar hər hansı kitab dükanında satılan kitablardan ən azı 15-20 faiz daha ucuzdur. Belə olan təqdirdə isə kitab oxuyucuları çalışırlar ki, kitabı bu yolla əldə etsinlər. Bu vasitə satıcı üçün rahat olduğu qədər alıcıya da rahatdır".


“Hədəf” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib.

21-07-2010

Bu gün “Hədəf” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib. Mərasimdə müxtəlif təşkilatların, ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. «Hədəf»in təsisçiləri adından danışan Əsgər İbrahimov bildirib ki, indi inkişaf edən, regionda lider dövlətə çevrilən və dünyada xüsusi hörmətlə yanaşılan Azərbaycanda yeni Kütləvi İnformasiya Vasitəsinin fəaliyyətə başlaması mühüm hadisədir.

“Nokia Siemens Networks” şirkəti “Motorola”nın bölməsini alıb

20-07-2010

“Nokia Siemens Networks” və “Motorola” şirkətləri arasında birincinin “Motorola”nın simsiz şəbəkələr infrastrukturu ilə məşğul olan bölməsinə aid səhmlərin böyük hissəsinin 1,2 mlrd. dollara əldə etməsinə dair saziş imzalanıb.


Google-dən Facebook-a rəqib

20-07-2010

Google zənginləşməkdən əlavə Facebook-a da güclü bir rəqib olacaq kimi görünür.

"Google" insanları ölümdən xilas etdi

20-07-2010

Gömrük əməkdaşlarının səriştəsizliyi bir çox adamın ölümünə səbəb olacaqdı,amma google onları ölümdən xilas etdi.


6 rabitə operatoru məhkəməyə verildi

20-07-2010

Qazaxıstanda, aralarında “Kcell”in də olduğu 6 rabitə operatoruna, Qazaxıstan qanunlarına əsasən “aralarında razılaşıb haqsız qazanc əldə etmək” ittihamı ilə məhkəmə işi başlayıb. Qazaxıstan Dövlət Rəqabət Komitəsi 6 mobil operatora 28 milyard tenge (190 milyon dollar) məbləğində cəza verilməsi üçün iddia qaldırıb.

Hindistan Çinin 25 telekommunikasiya şirkətinə qadağa qoyacaq

20-07-2010

Hindistan hökümətinin həmin firmaların fəaliyətini dayandırmağa vadar edən nədir?


“Google” korporasiyası böyüməkdə davam edir

19-07-2010

Şirkət ən iri faktlar bazası olan “Freebase” servisinin sahibi “Metaweb” şirkətini də alıb. Satın alınan bazadan əldə olunan informasiya “Google” axtarış sisteminə inteqrasiya olunacaq. “Freebase”-də filmlər, kitablar, seriallar, tanınmış insanlar və şirkətlər daxil olmaqla 12 milyon obyekt haqqında məlumat saxlanılır.

Kasperski-dən BBC-yə zərbə

19-07-2010

Kaspersky: " http://www.bbc.co.uk ünvanı kredit kartı nömrələri və digər gizli məlumatların şifrələrini oğurlayır. Sayta giriş dayandırılıb."






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə