İxtisas seçimini daha ağıllı formada yerinə yetirən SmartAbituriyent sistemi hazırlanıb

06-07-2024 / 18:00

SmartAbituriyent, müasir texnologiyaların gücündən istifadə edərək abituriyentlərin topladıqları ballar və maraq daiərələri əsasında ən uyğun ixtisasları və universitetləri saniyələr içində təklif edir. Ənənəvi yolla ixtisas seçimi artıq tarixdə qaldı; Evinizdən çıxmadan, internetin olduğu hər yerdən SmartAbituriyent ilə texnologiyanın üstünlüklərindən faydalanaraq, gələcəyinizi dəqiq və sürətli şəkildə planlayın. İnsan yorulur, nəzərdən qaçıra bilir və ya səhv edə bilər, amma texnologiya yorulmur, nəzərdən qaçırmır və daha az səhv etmə ehtimalı var.

Hər kəs artıq daha sürətli, etibarlı və əlçatan online xidmətlər istəyir və biz bu ehtiyacları qarşılamaq üçün buradayıq. Müasir dövrün tələblərinə cavab verən SmartAbituriyent platforması, abituriyentlər və valideynlər üçün ixtisas seçimində tam müstəqillik və rahatlıq təmin edir. SmartAbituriyent, ölkəmizin İT sahəsində ən tanınmış mütəxəssislərindən olan Teymur Hacıyev və onun komandası tərəfindən yaradılmışdır və onun təcrübəsi sayəsində platformamız ən yüksək standartlara uyğun hazırlanmışdır. Xatırladaq ki, Teymur Hacıyev 2009-cu ildə beynəlxalq İT imtahanında ilk yer qazandığı üçün Cənab Prezident İlham Əliyev tərəfindən Tərəqqi medalı ilə təltif olunmuşdur.

SmartAbituriyent platformasında əsas bölmələr aşağıdakılardır:

1. Ali təhsil müəssisələri - Ölkəmizdəki bütün ali təhsil müəssisələrinin ətraflı siyahısını və məlumatlarını tapa bilərsiniz. Müxtəlif kateqoriyalar üzrə filtrləmə funksiyası mövcuddur ki, bu da seçim prosesini asanlaşdırır. Məsələn, siz yataqxana imkanları olan universitetləri, ikili diplom proqramları təklif edən universitetləri, təhsil proqramlarının dili, təhsil haqları və daha çoxunu bu bölmədə asanlıqla müəyyən edə bilərsiniz. Hər bir universitet haqqında ətraflı məlumatlar, qəbul şərtləri, fakültələr və proqramlar kimi vacib məlumatlar da daxil olmaqla təqdim edilir. Bu bölmə, sizə ən uyğun ali təhsil müəssisəsini seçmək üçün lazım olan bütün məlumatları və vasitələri təmin edir, beləliklə, gələcəyiniz üçün ən doğru qərarı verə bilərsiniz.

2. Qəbul imtahanlarının təhlili - Son 3 il ərzində keçirilmiş qəbul imtahanları haqqında geniş məlumatlar təqdim olunur. İmtahan nəticələrinin təhlili sizə illər üzrə qəbul statistikalarını, ixtisasların keçid ballarını və yer saylarını ətraflı şəkildə öyrənməyə imkan verir. Həmçinin, hansı ixtisasların daha tələbatlı olduğunu və bu ixtisaslar üzrə qəbul şanslarınızı müəyyən edə bilərsiniz. Bu məlumatlar sizə qəbul strategiyanızı daha yaxşı planlaşdırmaq və ən uyğun ixtisası seçmək üçün dəyərli məlumatlar təqdim edir. Təhlil vasitəsilə abituriyentlər öz bal səviyyələrinə uyğun ixtisasları və universitetləri asanlıqla müəyyən edə bilərlər, bu da gələcək təhsil və kariyera yolunu planlaşdırmaqda əvəzsiz köməkçi olacaq.

3. Ağıllı kodlaşdırma məsləhətçisi - İxtisas seçimi zamanı verəcəyiniz qərar həyatınızı dəyişə biləcək ən mühüm və çətin qərarlardan biridir. Platformamızın ən dəyərli hissəsi olan Ağıllı Kodlaşdırma Məsləhətçisi, bu qərarı asanlaşdırmaq üçün texnologiyanın gücündən istifadə edir. Son 3 ilin qəbul imtahanları nəticələri, təhsil almaq istədiyiniz universitetlər, maraq dairənizdə olan ixtisaslar, topladığınız bal və digər vacib parametrləri nəzərə alaraq, kodlaşdırma prosesini saniyələr içində həll edir. Bu innovativ alət, sizə bir neçə variantda kodlaşdırma cədvəli yaratmaq imkanı verir. Beləliklə, fərqli ssenariləri nəzərdən keçirərək, ən uyğun və məqsədəuyğun ixtisas seçimini edə bilərsiniz. Canlı ekspertlərlə müqayisədə, burada eyni ödəniş daxilində bir neçə ssenari qurmaq imkanı əldə edirsiniz.

Platformamız istifadəçilərin məlumatlarını qorumaq üçün güclü şifrələmə və təhlükəsizlik tədbirləri istifadə edir. Məlumatlarınızın məxfiliyi və təhlükəsizliyi bizim üçün prioritetdir. Məlumatlarınız heç bir üçüncü tərəflə paylaşılmır və yalnız platformanın funksionallığı üçün istifadə olunur.

İxtisas seçimi zamanı texnologiyanın gücündən yararlanaraq, özünüzə ən uyğun təhsil yolunu rahatlıqla planlaya bilərsiniz.

Qeyd edək ki, platformadan istifadə üçün sa.edurobot.ai ünvanına daxil olmaq lazımdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə