Previous Next
Bağla

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq

08-07-2024 15:49
Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq

Xarici İşlər Nazirliyinin xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq.

Xeberler.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlər – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və qeydiyyatı təsdiq edən digər əlaqəli sənədlər ərizəyə əlavə olunmalıdır. Qeydiyyatı təsdiq edən sənədlərin konsul leqallaşdırılması tələb olunduğu zaman bu sənədlər həmin xarici hüquqi şəxs tərəfindən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), Azərbaycanın hüdudlarından kənarda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim olunur. Qeydiyyatı təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya diplomatik nümayəndəlik (konsulluq) tərəfindən leqallaşdırılaraq, XİN-in informasiya sistemi vasitəsilə Azərbaycanın dövlət dilinə tərcüməsinin təsdiq olunması məqsədilə “Elektron notariat” informasiya sisteminə, tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Elektron şəhadətnamə (apostil) verilmiş xarici rəsmi sənədlər isə “Notariat haqqında” qanuna uyğun olaraq yoxlanıldıqdan və “Elektron notariat” informasiya sistemi vasitəsilə tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.

Nazirlər Kabineti Xarici İşlər Nazirliyinin müvafiq informasiya sisteminin yaradılması ilə bağlı altı ay müddətində müvafiq tədbirlər görməlidir.

Konsul leqallaşdırılması tələb olunan sənədlərin XİN-in informasiya sistemi vasitəsilə təqdim olunması ilə bağlı müddəaları həmin informasiya sistemi fəaliyyətə başladıqdan və aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə inteqrasiya olunduqdan sonra qüvvəyə minir.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şirkətlərin dövlət qeydiyyatı və reyestri qaydaları dəyişdi

05-02-2019

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib.

08-07-2024

Əcnəbi iş adamlarının elektron qeydiyyatında yeniliklər olacaq

26-09-2018

Hərbi çağırışçılar və hərbi vəzifəlilər üçün elektron kabinet yaradılacaq

13-12-2024

“Nəqliyyat haqqında” qanun dəyişib

25-04-2025

İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

20-05-2025

"İCMAL" elektron informasiya sistemi yaradılır

20-05-2025

Xarici ölkələrdə tərtib edilmiş sənədlərin notariuslarda qəbul edilməsi qaydası dəyişir

02-05-2023

Azərbaycanda nəqliyyat sənədləri elektronlaşır, tələblər dəyişir

16-06-2023

"e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

03-02-2025

Qanunvericiliyə dövlət informasiya sistemlərinin məlumatları ilə bağlı maddə daxil edilir

19-02-2021

Azərbaycanda radiotezliklərdən istifadə məhdudlaşdırıla bilər

10-11-2022

İdxalı qadağan edilən mallar barədə məlumatlar real vaxt rejimində ötürüləcək

30-03-2023

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

03-02-2024

"e-bildiriş"ə görə xidmət haqqı tutulacaq

11-12-2024

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

20-05-2025

Azərbaycanda notariuslar üçün yeni elektron xidmət

30-03-2023

"e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

29-12-2024

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

30-05-2025

Taksi sifarişi operatorları üçün yeni cərimələr müəyyənləşir

12-06-2023

Əmlak Məsələləri Dövlət Xidməti yeni elektron xidmətlərini istifadəyə verib

17-02-2026

e-rüsum informasiya sistemi yaradılacaq

29-12-2024

İcra Hakimiyyətlərində vahid elektron informasiya sistemi yaradılır

29-04-2015

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə