Təhqiqatlar aparan Net Applications şirkəti maraqlı məlumatlar təqdim edib. Sən demə, hamı tərəfindən yaxşı tanınan Windows Vista əməliyyat sistemi, bütün dünya kompüterlərinin 16.14 faizində qurlaşdırılıb. Bu göstərici yeni istifadəyə verilmiş əməliyyat sistemi üçün heç də pis deyil. Lakin bu rəqəm, sözügedən əməliyyat sisteminin yayılması üçün şirkətin göstərdiyi səylər qarşısında müqaisə edilməz dərəcədə azdır. Özünüz müqaisə edin – liderliyi hamı tərəfindən sevilmiş, planetimizin 71.2% kompüterlərini əsarəti altında saxlayan Windows XP əməliyyat sistemi edir.
Daily Telegraph qəzeti ən faydalı veb-saytların siyahısını dərc edib. Bloknot, gündəlik və təqvim (hamısı virtual şəkildə) backpackit.com portalında saxlanılır. Siyası tərtib edənlər xəbər saytları arasında marumushi.com/apps/newsmap seçiblər. Daha bir, sadə istifadəçilərin tövsiyələrinə əsaslanan faydalı sayt – digg.com saytıdır.
Braziliyada İnternet-provayderlər bütün müştərilərinə dosyelər açacaqlar. Bu təklif, kibercinayətkarlıqla və internet şəbəkədə baş verən qanun pozuntuları ilə mübarizə üzrə yeni qanun layihəsi tərəfindən müəyyən olunub. Yeni qanuna əsasən, internet-provayderlər müştərilərinin şəbəkəyə qoşulmaları haqda informasiyanı üç ilə dək gizli saxlamağa borcludular və hüquq mühafizə orqanları onu istədiyi təqdirdə təqdim etməlidirlər. Bundan əlavə xidmət göstərənlər, internet şəbəkəsində baş verən istənilən cinayət barədə xəbər verməyə borcludular.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən ölkədə Mobil nömrə portativliyi (MNP) xidmətinin tətbiqinə baxılır. RİTN-də qeyd edirlər ki, həmin xidmətin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı öz telefon nömrələrini saxlamaq imkanı əldə edirlər.
Respublika ərazisində universal telekommunikasiya xidmətlərinin tətbiqi ilə bağlı müvafiq işlər görülür. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, regionlarda NGN şəbəkəsinin qurulması istiqamətində “Elektron Şamaxı” layihəsinin başa çatdırılması ilə Şamaxı rayon mərkəzində və kəndlərdə ən müasir tələblərə cavab verən rabitə şəbəkəsi qurulmuşdur.
Net Applications tərəfindən aparılan bir araşdırma Windows əməliyyat sistemini istifadə edən kompüter istifadəçilərinin sayında eniş olduğunu göstərdi. Araşdırma, internetə bağlı istifadəçilər arasında aparılıb. Araşdırmanın məqsədi, kompüter istifadəçilərinin hansı əməliyyat sistemini daha çox istifadə etdiklərini təyin etmək olub. Bu araşdırmaya görə Windows istifadəçilərinin sayı 90%-dən aşağı düşmək təhlükəsi yaşarkən , Applenin Mac OS X əməliyyat sistemindən istifadə edənlərin sayı 10%-i keçmək üzrədir.
Azərbaycanda əhaliyə fərdi kompüterlərin güzəştli şərtlərlə satışını nəzərdə tutan «Xalq kompüteri» layihəsinin icrasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) «Azərpoçt» Dövlət Müəssisəsinin şəbəkəsindən istifadə olunacaq. Nazirlikdən verilən məlmata görə, mövcud imkanların analizi göstərir ki, proqramın reallaşdırılması üçün daha çox uyğun gələn şəbəkə 1700-ə yaxın şöbəsi olan «Azərpoçt»un infrastrukturudur.
AzərTAc xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi milli rabitə peykinin buraxılması üzrə “AzərSat” layihəsinin reallaşdırılması ilə bağlı işləri davam etdirir. Proqrama əsasən Azərbaycanın süni peykinin yaradılması 2010-cu ilin birinci yarısında həyata keçirilməlidir.
Goolge şirkətinin hüquqşünası Levis Siqal tərəfindən baş prokuror Nyu-Gemprişə ünvanlanmış məktubuna əsaslanaraq InformationWeek nəşri, Google internet-şirkətinin əməkdaşları haqda məlumatların ötən ay itirilməsi barədə xəbər verib. Axtarış-sistemi əməkdaşlarına məxsus şəxsi informasiyalar, personalın idarə olunmasında Google-a xidmət göstərən Colt Express Outsourcing Services şirkətinin ofisindən oğurlanmış kompüterlərdə saxlanılırdı.
Zdnet Blog yazır ki, Tel-aviv universitetinin tibb fakültəsində çalışan üç israil alimi, müğənnilərə vibrato texnikasını örgətmək üçün nəzərdə tutulan elektron qulaq icad ediblər.
Facebook alimentin qiymətini müəyyən edir...
Millət Vəkillərinə notebook qadağan olunur..
Əvvəllər axtardığımız insanı ya evdə, ya da işdə tapa bilərdik. Onu işlə evin arasında hansısa bir telefon köşkünün yanından keçərkən “yaxalamaq” isə təbii ki, qeyri-mümkün məsələdir. Bu günkü dövrümüzdə isə bizə lazım olan şəxslə birbaşa əlaqə imkanı yaradan mobil telefonların əhəmiyyəti ölçüyəgəlməzdir. Istənilən yerdə, istənilən məqamda, gecikmədən və təxirə salmadan insanlar bir-biri ilə əlaqə saxlayır, işlərini zaman itirmədən həll edirlər. Insan bir anlıq düşünməyə məcbur olur: “Mobil telefonsuz necə yaşamışıq?”.
Yeni istehsal edilən qulaqcığın xammalı titan olduğundan ağırlığı hiss olunmur...
DW-WORLD.DE saytının yazdığı xəbərə görə 15 mart – 20 iyun tarixə dək yarım milyon Almaniya sakininin pasport məlumatları internetdə yayılıb. Vətəndaşların şəkilləri, dini əqidəsi və ünvanları haqda informasiyanın cəmləşdiyi verilənlər bazası səhlənkarlıq nəticəsində istənilən üçün əlçatılan olub. Bundan əlavə bazada vətəndaşların adları, ailə vəziyyəti və doğum tarixləri haqda məlumatlarda mövcud idi.
TG Daily nəşrinin məlumatına əsasən, Microsoft korporasiyası Powerset intellektual axtarış sistemini alır.
Bu günlərdə dəbə düşmüş məxfi məlumatların itirilməsi davam edir: mətbuata, Yaponiya quru qoşunlarının özünü müdafiə quvvələrinin (ÖMQ) 33 yaşlı zabitinin, tərkibində hərbi sirr haqda məlumat olan fləş kartın itirilməsi ya oğurlanması barədə informasiya sızıb. $
Psixiatorlar hesab edir ki, Facebook və MySpace kimi sosial şəbəkələrdən istifadə edən uşaqlarda dünyaya qarşı “potensial təhlükəli” nəzər inkişaf edə bilər. Bu fikir britaniyanın Kral kollecində psixiatorların hər il keçirilən iclasında səsləndirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları