Firefox 3.1-in beta versiyası yüklənməyə hazırdır

16-10-2008 / 18:06

Firefox 3.1 brauzerinin beta versiyası buraxılıb. Gecko 1.9.1 sürgüsü üzərində təqdim olunmuş bu versiyada daha əvvəl Firefox 3 üçün nəzərdə tutulmuş, lakin hələ hazır olmadıqları üçün brauzerə daxil edilməmiş funksiyalar  reallaşıb. Onlar arasında CSS 2.1 və CSS 3-ün dəstəyi, CTRL+Tab açıq pəncərələrinə təkrar baxış, Smart Location Bar panelinin təkmilləşdirilmiş idarəsi, W3C Geolocation API kimi yeni veb-texnologiyaların işlənməsi və digər funksiyalar var. Firefox 3.1–də TraceMonkey-in yeni JavaScript sürgüsü təqdim olunub ki, bəzi göstəricilərə görə, Google Chrome  brauzerində istifadə olunan V8 sürgüsündən də sürətlidir. Qeyd edək ki, TraceMonkey hələlik bilərəkdən proqrama daxil edilməyib.
Windows, Max OS X və Linux istifadəçiləri artıq yeni versiyanı yükləyə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə