Previous Next
Bağla

Avtobuslarda “Wi-Fi” şəbəkəsi yaradıla bilər

03-10-2013

Yaxın vaxtlarda avtobuslarda “Wi-Fi” şəbəkəsi yaradıla bilər. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, avtobuslarda monitorlarda “Wi-Fi” işarəsi var. Hələlik gündəmdə əsas məsələ avtobuslarda ödənişin kartla həyata keçirilməsidir. Amma ola bilər ki, bir qədər sonra internet şəbəkəsi quraşdırılsın.

“Bakcell” şirkəti: “Azərbaycanın mobil internet bazarında yeni “4G” xidmətlərinə tələbat var”

30-09-2013

Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkətinin şəbəkəsindən istifadə edən abunələrin 50%-dən çoxu aktiv şəkildə daimi internetdən istifadə edirlər.


ADİU-nun 4 saylı tədris korpusunda “Wi-Fi” sistemi quraşdırılıb

27-09-2013

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 4 saylı tədris korpusu əsaslı yenidənqurmadan sonra fəaliyyətə başlayıb.

Azərbaycanda internetdə ödəniş etmək üçün ən ucuz kartların reytinqi açıqlanıb

27-09-2013

Ölkədə elektron ticarətin, onlayn ödənişlərin təbliği bu istiqamətdə fəaliyyət göstərən müəssisələrin bir-birindən sərfəli şəkildə öz xidmətlərini, kartlarını təklif etmələrinə səbəb olub. Sözügedən kartlar internet vasitəsilə alış-veriş etmək üçün nəzərdə tutulmuş kartdır. İnternet şəbəkəsində mal və ya xidmət haqqı ödəyərkən istifadəçilər yalnız heç də mürəkkəb olmayan adi elektron anketini doldurmalı, o cümlədən, oraya kart barədə məlumatlar da daxil edilməlidir.


Həm ziyarət, həm ticarət - sərgidə bir sənədlə “Elektron hökumət” portalında qeydiyyatdan keçə bilərsiniz

27-09-2013

Dövlət qurumlarının təqdim etdikləri elektron xidmətləri cəmləşdirən vahid portalda (www.e-gov.az ) hələ də qeydiyyat keçməyənlər məsələni oktyabrın 15-nə qədər daha rahat şəkildə həll edə bilərlər. Bunun üçün həmin tarixə qədər “Bakı Expo” Sərgi Mərkəzində davam edəcək sərgidə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ziyarətçilərə müvafiq şərait yaradılıb.

İnternet üzərindən aparılan nağdsız ödənişlər vətəndaşlara 2 ağlasığmaz mükafat qazanmağa imkan verir

25-09-2013

Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə “MasterCard” beynəlxalq kart təşkilatı tərəfindən ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi, ödəniş kartı sahibləri tərəfindən nağdsız ödənişlərin aparılmasının stimullaşdırması məqsədilə təşkil olunan “MasterCard ümummilli Çempionlar Liqası” kampaniyasının təqdimat mərasimi keçirilib.


Azərbaycanda elektron pullar buraxılacaq

25-09-2013

Azərbaycanda elektron pullar buraxılacaq ki, bu da ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasına gətirib çıxaracaq. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

İTİDF-in qrant müsabiqələrində ixtira xarakterli layihələrə üstünlük veriləcək

20-09-2013

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) keçirəcəyi qrant müsabiqələrinin keçirilməsi qaydalarına Müşahidə Şurası tərəfindən baxılır.


Dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir

17-09-2013

Multimedia Mərkəzinin həyata keçirdiyi dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir.

Milli İnternet Mükafatı başlayr

16-09-2013

Milli İnternet Mükafatı - Milli Net 2013 Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda cari il üçün Milli İnternet Mükafatına 23 sentyabr tarixdə start verilməsi qərara alınıb.


Onlayn Media Müsabiqəsinə yazıların təqdim olunmasına başlandı

16-09-2013

Məlum olduğu ki Multimedia Mərkəzi tərəfindən “Onlayn Media” müsabiqəsi təşkil olunur.

“MilliÖN” ödəmə sisteminə qoşulan maliyyə qurumlarının sayı artacaq

12-09-2013

«Komtec LTD» şirkəti ilin sonunadək “MilliÖN” ödəmə sisteminə daha bir neçə aparıcı bank və qeyri-bank kredit təşkilatlarının qoşulacağını bildirib.


Artıq vətəndaşlar işsizlik müavinətinin məbləğini “Elektron hökumət” portalı vasitəsilə hesablaya bilərlər

11-09-2013

“İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru” xidməti “Elektron hökumət” portalına daxil edilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət işsizlik müavinətinin qısa müddət ərzində elektron qaydada hesablanmasını nəzərdə tutur: “Xidmət vasitəsilə işsizlik müavinətinin elektron qaydada 3-5 dəqiqə ərzində hesablanması təmin edilir”.

“Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır

10-09-2013

2006-cı ildən etibarən Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” Proqramı həyata keçirilir. Proqram çərçivəsində jurnalistlər üçün Təlimlər və media Müsabiqələri təşkil olunur.


Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği üçün layihələrin icrasına başlanılacaq

09-09-2013

Gənclər və İdman Nazirliyi (GİN) gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələrini elan edib. Nazirlikdən verilən məlumata görə, müsabiqə gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün bir sıra mövzular üzrə keçirilib.

Yaxın zamanlarda internetin qiymətləri növbəti dəfə aşağı salınacaq

05-09-2013

"İnternetin qiymətlərinin aşağı salınması siyasəti davam etdiriləcək". Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.


Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib

05-09-2013

Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.

“e-gov.az” portalı vasitəsilə təqdim edilən xidmətlərin icrasına nəzarət gücləndiriləcək

05-09-2013

Bundan sonra dövlət qurumları onlara ünvanlanan müraciətləri cavabsız qoya və ya göndərilən suallardan yayına bilməyəcəklər. Eyni zamanda bəzi dövlət qurumlarının “Məktub yetişmədi” kimi ənənəvi bəhanələrinə də son qoyulacaq.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə