Facebook ucuzlaşıb

30-10-2014 / 09:19

Facebook sosial şəbəkəsinin  səhmləri elektron hərracda 11 faiz ucuzlaşıb. Bu şirkətin 2015-ci ildə uzunmüddətli layihələrə yatırım etmək planlarını açıqladıqdan sonra baş verib.

Xeberler.az saytı bildirir ki, Facebook-un maliyyə meneceri Deyv Veyner analitiklərə sosial şəbəkənin kapital xərclərini 2015-ci ildə 55-75%-dək artırmağı planlaşdırdığını söyləyib. Bu yatırımlar WhatsApp, İnstagram kimi xidmətlərə, Oculus VR virtual reallıq texnologiya istehsalçısına, İnternet.org xeyriyyə təşəbbüsünə və gəlir gətirməyən digər layihələrin inkişafına yönələcək.

Facebook-un baş direktoru Mark Suxerberq yaxın üç ilə şəbəkənin hazırki istifadəçilər üçün nəzərdə tutulmuş servislərinin təkmilləşəcəyinə, beş ilə isə Instagram, WhatApp və digər xidmətlərin müstəqil, nəhəng şirkətlərə çevriləcəyinə ümid etdiyini vurğulayıb.

Mənbə: lenta.ru

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə