Firefox 4 IE9 brauzerindən daha populyardı

29-03-2011

Mozilla şirkətinin təqdim etdiyi məlumata əsasən Firefox 4 brauzeri ilk 24 saat ərzində 7 milyondan artıq istifadəçi tərəfindən yüklənib.Microsoft şirkətinin yeni məhsulu olan Internet Explorer 9 brauzerinin bu müddət ərzində göstəricisi təqribən 2,3 milyondu.

Azərbaycanda 279 min Facebook istifadəçisi var

27-03-2011

Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı 1 yanvar 2011-ci il üçün 279100 nəfər olub, deyə Socialbakers-in məlumatında bildirilir (www.socialbakers.com/facebook-statistics/). Hesabata əsasən, 1 dekabr 2010-cu ildən istifadəçilərin sayı 6,77% (17700 nəfət) artıb. Bunun sayəsində Azərbaycan Facebooka girmə reytinqində 2010-cu ilin dekabrı ilə müqayisədə 2 pillə irəliləyib və indi 94-cü yerdədir.


"Facebook"da yeni funksiya olacaq

26-03-2011

Dünyanın ən iri sosial şəbəkəsi istifadəçiləri üçün yenilik hazırlayır. "Facebook" sosial şəbəkəsində bu yaxınlarda "Suallar" funksiyası peyda olacaq. Şəbəkənin istifadəçiləri bu funksiya vasitəsilə dostları ilə məsləhətləşə biləcəklər. "Suallar" (Questions) düyməsi "Status", "Fotoşəkillər", "Link" və "Video" düymələrinin yanında

Şifrələrinizi qoruyan PULSUZ proqram

25-03-2011

Əgər kompüteriniz varsa, onda bu o deməkdir ki, siz istifadə etdiyiniz saytlar da daxil olmaqla Facebook, MSN hesabınıza qədər bir çox istifadəçi adı və şifrələrə sahibsiniz. Bəs yaxşı bu şifrələrin təhlükəsizliyi nə yerdədir?


Facebook sizin şəklinizdən reklamlarda istifadə edə bilər

25-03-2011

Öz şəklinizi, heç bir xəbəriniz olmadan hər hansı bir reklamda görsəniz təəccüblənməyin; çünki Facebookda artıq bu da mümkündür. Facebook, artıq sponsorlu reklamlarda istifadəçilərinin şəkillərindən istifadə etməyə başlayıb. Belə ki, yeni reklam kampaniyasına görə bir və ya birdən artıq dostunuz hər hansı bir məhsulu 'Bəyəndim' edərsə, onda, bu məhsula sizin də meylli olduğunuz düşünülür

“Firefox” brauzerin yeni versiyası təqdim edilib

24-03-2011

“Mozilla Foundation” təşkilatı “Firefox 4” brauzerin yeni versiyasını təqdim edib. “Firefox” versiyasını yükləmək üçün xüsusi olaraq: http://glow.mozilla.org/ saytı yaradılıb. İstifadəçilər “Firefoxs”un müxtəlif dillərdə 80 versiyasını yükləyə bilər.


İslamaz.com saytı yeni formatda istifadəyə verilib

24-03-2011

2005-ci ildən fəaliyyət göstərən www.islamaz.com saytı artıq yeni formatda istifadəyə verildi Bundan sonra sayt, hər gün yenilənərək islam portalına çeviriləcəkdir. Sayt xəbər saytı olmadığından saytda əsasən elmi-dini

Twitter-in beş yaşı tamam oldu

22-03-2011

Twitter həmtəsisçisi Cək Dorsinin bu sosial şəbəkədə ilk– “Öz Twitterimi yaradıram” yazmasından 5 il keçir. O vaxtdan bəri hər gün 140 və ya daha az işarədən ibarət olan 140 milyondan çox post bu sosial şəbəkədə yerləşdirilir. İndi hər 8 gün ərzində Twitterdə 1 milyarda yaxın mesaj post edilir. Müqayisə üçün deyək ki, bu xidmət vasitəsilə ilk milyard mesaj


Google Novruz bayramını unutmadı

21-03-2011

Bu gün səhər saatlarından “Google”də Novruz bayramı sevinci yaşanıb. Sayta daxil olanlar bayram ab-havası yaşayıblar. Belə ki, sayta daxil olduqda şəklin title-sında «Novruz Bayramınız mübarək!» yazılır. Üzərinə klik etdikdə isə "Novruz bayramı" axtarır. Axtarış URL-ində diqqət çəkən başqa ünsür isə, «ct=persiannewyear11-hp» yazısıdır. Buradan görünür ki, Novruz logosunu yerləşdirərkən daha

"Facebook" və "Twitter"ə virtual əsgərlər sızdırılacaq

20-03-2011

ABŞ Müdafiə Nazirliyi dünyanın ən populyar sosial şəbəkəsi "Facebook" ilə "Twitter" mikrobloqinq servisində virtual akkauntlar yaradaraq Vaşinqtonun maraq və mənafelərini müdafiə etmək, habelə təbliğatla məşğul olmaq niyyətindədir.


"İNTERNET EXPLORER"dən 2.3 milyon insan istifadə edir

18-03-2011

İnternet Explorer 9 (İE9) brauzerini gündə 2,3 milyondan çox istifadəçi yükləyir. Microsoft korporasiyasının məhsulu olan bu brauzerin son versiyası martın 14-də istifadəyə verilib. Bu, “beta versiya”dan iki, “final”dan əvvəlki versiyadan isə dörd dəfə tez yüklənir. Qlobal şəbəkədə İE9 saniyədə 27 dəfə yüklənilir. Qeyd edək ki, gündə

ABŞ-da 5 yaşa kimi əhalinin 80 faizi internet istifadəçisidir

18-03-2011

ABŞ-da 5 yaşa kimi əhalinin (5 yaşlı uşaqlar daxil olmaqla) təxminən 80 faizi həftədə ən azı bir dəfə internetdən istifadə edir. Bu nəticəyə müvafiq araşdırma aparıldıqdan sonra Joan Ganz Cooney Center və Sesame Workshop qeyr-kommersiya təşkilatları gəliblər. Uşaqlar Qlobal Şəbəkədə əsasən filmlər və televerilişlərə baxırlar. Maraqlısı isə ondan ibarətdir ki, bundan sonrakı yaş qrupu (6-9 yaş) arasında internetə həvəs bir qədər aşağıdır


Bakıda reklam festivalı keçiriləcək

18-03-2011

Bu gün «Crystal Butterfly-2011» II Bakı Reklam Festivalı telelayihəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən festivalın təsisçisi Famil Tağıyev bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda fəaliyyət göstərən reklam şirkətlərinin il boyu fəaliyyətinin qiymətləndirilməsi, ölkədəki reklam biznesinin dünya standartlarına uyğunlaşdırılması, reklamlarda yaradıcılığın artırılmasının stimullaşdırılması, reklam şirkətləri arasında rəqabətin daha da gücləndirilməsi, televiziya tamaşaçıları

Facebookda şifrənizi qorumağın 3 yolu

18-03-2011

Bir çox istifadəçinin ən böyük problemlərindən biri də facebook şifrəsinin oğurlanmasıdır. Facebook hesabınıza girdikdə diqqət etməli olduğunuz bir sıra özəlliklər var. Xəbərlər.az portalı facebookda şifrənizi qorumaq üçün 5 təhlükəsiz yolu təqdim edir...


İnternet xəbər mənbəyi kimi qəzetləri geridə qoydu

17-03-2011

ABŞ-da insanların əksəriyyəti xəbərləri qəzet və jurnallardan deyil, daha çox şəbəkədən öyrənməyə üstünlük verir. Bu haqda “Poynter Institute” Amerika Jurnalistika Mərkəzinin illik hesabatında deyilir.

Microsoft brauzer bazarında mübarizəsini gücləndirir

17-03-2011

Microsoft şirkəti Internet Explorer-in 9-cu versiyasını təqdim etməklə brauzer bazarında mübarizəsini davam etdirdiyini bildirib. Şirkət Internet Explorer 9 brauzerində təqdim olunmuş innovasiyaları Qlobal şəbəkənin inkişafının yeni mərhələsi kimi dəyərləndirib. Microsoft şirkətinin nümayəndələrinin fikrincə, yeni brauzer daha sürətli, gözəl və rahat olduğu üçün tezliklə internet istifadəçiləri arasında populyarlıq qazanacaq. Qeyd edək ki, Internet Explorer 9 brauzerini ancaq Windows 7 və Vista əməliyyat sistemlərinin istifadəçiləri yükləyə bilər. İlk statistik məlumatlara əsasən yeni brauzeri artıq 40 milyondan çox istifadəçi yükləyib.


“Google” mobil telefonları kredit kartlarına çevirəcək

17-03-2011

ABŞ-da dünyanın nağdsız ödəmələr sistemində inqilabi yeniliyə səbəb ola biləcək layihə üzərində işlər başlayıb. Xeberler.az-ın Bloomberg agentliyinə istinadən məlumatına görə, “Google” şirkəti “VeriFone” şirkəti ilə birlikdə yeni qeyri nağd ödəmə texnologiyası hazırlayır. Bu texnologiya mobil telefonların mağazalarda nağdsız ödəmə üçün istifadə olunmasına imkan verəcək. Yeni sistem ənənəvi kredit kartlarını əvəz edərək onları bazardan çıxarmalıdır. Yaxın aylarda San-Fransisko və Nyu-Yorkda yeni sistemin sınaqlarına başlanacaq. Artıq mağazalarda quraşdırılmış “VeriFone” terminalları telefonun mikrosxemi vasitəsilə ödənişləri qəbul edə bilir. Bu, təmassız yaxın mobil

Media və İKT mövzusunda dəyirmi masa keçirilib

17-03-2011

Bu gün Bakıda «Avropa» otelində «21-ci əsrin dialoqu: Media və İKT» mövzusunda dəyirmi masa keçirilib. «Yeni Nəsil» birliyi və Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən təşkil edilmiş tədbirdə İKT şirkətlərinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri iştirak ediblər. Təşkilatçılar Azərbaycanda İKT-nin inkişaf perspektivlərini, KİV auditoriyasının genişləndirilməsində İKT-nin rolunu, İKT və KİV arasında qarşılıqlı təsiri, KİV üçün mobil rabitə imkanlarını və s. məsələləri müzakirə etməyi təklif ediblər.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə