Əvvəl YouTube, sonra isə Apple hücuma məruz qaldı. Ancaq bu saytın da sındırılacağını heç kəs düşünmürdü.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Aztelekom” İstehsalat Birliyinin Abşeron Telekommunikasiya Qovşağı (TKQ) bu ilin I yarımilliyinin yekunlarını açıqlayıb. RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, hesabat dövründə əldə olunan gəlirlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artaraq 1 mln. 431 min manatdan çox təşkil edib.
Təhlükəsizliyin istənilən səviyyədə olmaması səbəbiylə Facebook istifadçiləri kəskin şəkildə azalıb.
“Mozilla Foundation” təşkilatı “Firefox 4” brauzerinin açıq beta-test işlərinin başlandığını elan edib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni versiyaya onlarla dəyişiklik əlavə olunub.
ABŞ-ın “CNN” televiziyası Yaxın Şərq üzrə redaktoru Oktavia Nasiri işdən qovub. Buna səbəb Oktavia Nasirin “twitter” sosial şəbəkəsində yazdığı mesaj olub. “CNN”də 20 ildir çalışan və kanalın ən tanınmış jurnalistlərindən olan Oktavia Nasir “twitter”dəki səhifəsində Livanda iki gün əvvəl dəfn edilən şiə lider Hüseyn Fadlallah haqqında “Hizbullah”ın böyük sayğı durduğum nəhənglərindən biri” sözlərini yazıb.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası “Xalq Kompüteri” layihəsinə qatılmaq imkanı əldə edib. Layihənin icraçılarından biri olan “Bestcomp Group” şirkətindən APA-ya verilən məlumata görə, bu yaxınlarda “Bestcomp Group” və Naxçıvan MR İnternet Mərkəzi arasında “Xalq Kompüteri” layihəsinin Naxçıvanda genişləndirilməsi məqsədilə müqavilə imzalanıb.
“Microsoft” korporasiyası iyulun 7-də işçilərini ixtisar edib. Ümumilikdə şirkətin dünya üzrə nümayəndəliklərində çalışan bir neçə yüz nəfər işçisi ixtisara düşüb. İşdən çıxarılmış əməkdaşların dəqiq sayı haqda məlumat verilmir. Şirkət bu ixtisarları rəsmi şərh etməyib.
“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Ağdərə haqqında yeni sayt/bloq istifadəyə verib. http://myaghdara.wordpress.com/ ünvanında adıçəkilən rayonumuz haqda məlumatlar yerləşdirilib.
Microsofta əsəbləşən bir qrup həvəskar, Windowsda tapdıqları açığı görün necə etdilər...
Azərbaycanın internet məkanında may-iyun aylarında 60 yeni *.az domeni qeydiyyatdan keçib.
Justin Biebkrin səhifəsində pornoqrafik materiallar yerləşdirilib Bazar günü hakerlər “YouTube” videoportalına hücum çəkiblər. Hakerlər videoportalın işini bir neçə saat pozublar, videoçarxlara şərh bölməsi bağlanıb. Hakerlərə videoçarxlara şərh üçün zərərli kod yerləşdirmək müyəssər olub. Ehtimal olunur ki, hakerlərin əsas hədəfləri müğənni Justin Biebkr olub.
Srağagün Bakıda keçirilən "Yeni media erasının dəyərləri" adlı konfransda mətbuatın problemləri ilə bağlı ciddi diskussiyalar yaşanıb. Bunlardan biri də internet mediasının lisenziyalaşdırılması ilə bağlı olub. ATƏT-in media azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Haraşti deyib ki, Azərbaycanda internetin lisenziyaya cəlb edilməsi söz azadlığının daha da məhdudlaşdırılması demək olardı.
Googledən qəribə bir açıqlama: "Layihə o qədər müvəffəqiyyətli oldu ki, dayandırmaq məcburiyyətində qaldıq."
Ölkə prezidentinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb. Saytın strukturu təkmilləşdirilərək yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında çox mükəmməl dizayn hazırlanıb.
Onlayn ticarətdə əyalətlər arası satışlardan alınmayan vergilər məsələsi, nəhayət ki, həllini tapıb. Dünən təqdim olunan qanun layihəsi ticarətdə düzgün rəqabət aparılmadığını düşünənləri sevindirib.
Google şirkətinin məhsulu olan Google Earth Azərbaycan ərazisini təhrif edib. Belə ki, Yer kürəsinin peykdən çəkilmiş görüntülərini təqdim edən proqramda Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Sədərək rayonu Ermənistan ərazisi kimi kimi təqdim olunur.
Amerikalı siyasətçilər Çin və ya başqa ölkələrdən kiber hücumlarına qarşı interneti bütünlüklə dayandırmaq istəyir.
Son vaxtlar Windows əməliyyat sistemini hədəfə alan xakerlərin yeni hücum obyekti XP dəstək sistemi oldu. Yeni hücum dalğası nəticəsində 10 mindən çox kompüterin sıradan çıxdığı bildirilir. Microsoft şirkəti hücumların qarşısını almaq üçün hələlik bir müdafiə vasitəsinin mövcud olmadığını açıqlayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları