Azərbaycan əhalisinin neçə faizi facebookdan istifadə edir?

16-10-2010 / 18:44

Xəbər verdiyimiz kimi ABŞ səfirlyinin dəvəti ilə ABŞ-ın Poynter İnstitutunun Multimedia and Mobil Xidmətlər fakultəsinin mütəxəssisi Regina Makkoms Bakıya gəlib. O İrəli İctimai Birliyində İrəli Media Akademiyasının tələbələri ilə görüşüb.

Görüş zamanı Regina Maccombs dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook haqda maraqlı açıqlamalar verib.

Onun dediyinə görə, ABŞ əhalisinin 41%-nin facebook səhifəsi var, Türkiyə əhalisinin də facebooka marağı olduqca yüksəkdir. Qardaş ölkədə 23 milyona yaxın facebook istifadəçisi var. Amma Regina xanımın dediyinə görə, bu fəallığı Rusiyaya aid etmək olmaz. Rusiyada cəmi 1% insan facebookdan istifadə edir. Buna səbəb ölkədə odnoklasniki.ru və vkontakte.ru kimi məşhur şəbəkələrin olmasıdır.

Qafqaz respublikalarına gəldikdə isə burada Gürcüstanın aşkar üstünlüyü var. Gürcüstan əhalisinin 7,8% facebookdan istifadə edir. Azərbaycan və Ermənistan isə bu göstəricidə bir gedir. Hər iki ölkədən 3% insan facebookda qeydiyyatdan keçib.

Qonaq həmçinin qeyd edib ki, Facebookda ABŞ-da 4-cü nəhəng axtarış vasitəsidir. İlk üçlükdə isə Google, Yahoo və saytların ana səhifəsi gəlir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə