Box.az-dan yeni xidmət KİM?

13-06-2010

Box.az rəsmi blogundan yeni xidmətini tanıdıb. Bu Box.az-ın yeniliklər silsiləsindən olan növbəti addımdır. Kim? profayl paylaşma xidməti sizə foto və şəxsi məlumatlarınızı digər internet istifadəçiləri ilə paylaşmaq imkanı verir.

ABŞ ordusunda Facebookdan istifadə edirlər

13-06-2010

ABŞ Ordusunda Facebook və başqa sosial şəbəkələri izləyən xüsusi bir qrupun olduğu iddia edildi.


Futbol üzrə Dünya Çempionatı Lider Tv-də

11-06-2010

Bugün Futbol üzrə Dünya Çempionatı start götürür. 1 ay müddətində bütün dünyanın diqqəti CAR-da olacaq. Ölkəmizdə də futbol bayramına maraq yüksək səviyyədədir. Azərbaycanda Dünya Çempionatını Lider TV yayımlayacaq. İyunun 11-də başlayacaq Dünya Çempionatının 64 oyununun hamısı canlı göstəriləcək.

ABŞ məmurları «Twitter»çidirlər

11-06-2010

"Əgər bloqqerlər jurnalist fəaliyyəti ilə məşğul olurlarsa, jurnalistlərdir. Çünki bir çox bloqqerlər var ki, onlar ciddi məsələlərdən yazmırlar, informasiya, məlumat yazmırlar. Yəni, jurnalist bloqqer ola bilər, amma hər bloqqer jurnalist ola bilməz. ABŞ-da bloqqerlərin jurnalist olub olmamaqları barədə debatlar artıq köhnəlib. İndi ABŞ-da «twitter»çilərin jurnalist olub olmamaqları barədə müzakirələr aparılır."


FIFA 2011 Qalereya

11-06-2010

Maraqla gözlənilən FİFA 2011-in yeni görüntüləri yayımlanıb. EA Sport hazırladığı yeni versiyanın ilk fotolarını internetdə təqdim edib. FİFA bu versiya ilə itirdiyi nüfuzunu qaytarmağı hədəfləyir. Bunun baş verib verməyəcəyini isə zaman göstərəcək.

Google Analytics-dəki Azərbaycan xəritəsinə düzəliş edilib

10-06-2010

Bildiyiniz kimi, Google Analyticsdə Azərbaycan xəritəsi təhrif olunmuşdu. Nəhayət, bugün Google səhvini düzəldib. Ərazilərdə təhrif olsa da, elə çox kiçiltmə yoxdur. Qeyd edık ki, bu xəritə məkan axtarmaq üçün deyil, sadəcə girişləri göstərmək üçündür.


9 yaşlı uşaq "Google"ni dəyişdi

10-06-2010

Google’ın doodle yəni logo şəkil yarışmasını 9 yaşındaki bir uşaq qazanıb. Həmin loqo bir nmeçə gün öncə Googlenin ana səhifəsinə yerləşdirilib. El Dorado Springs’dən 9 yaşlı Makenzie Melton’un “Rainforest Habitat” adlı logosu, tam 33.000 müsabiqə əsəri arasından seçilib.

Az.StarNet Mərdəkan və Xırdalanda ADSL xidmətlərini təqdim edir

10-06-2010

Az.StarNet internet provayderi Mərdəkan və Xırdalanda ADSL xidmətlərini təqdim etməyə başlayıb.Xırdalanda 342, Mərdəkanda isə 454-554 ATSləri vasitəsilə xidmət həyata keçirilir.


Bakıda Microsoft-un e-hökumətə dair konfransı keçirilib

10-06-2010

Bu gün Bakıda Microsoft şirkətinin Azərbaycan nümayəndəliyi elektron hökumətin formalaşması məsələlərinə dair konfrans təşkil edib. Konfransda cəmiyyətin firavanlığının təmin olunması məqsədilə texnologiya, insan və informasiya resurslarının bir araya gətirilməsi üçün nəzərdə tutulmuş bir sahə kimi dövlət xidmətlərinin imkanları müzakirə olunur.

AzNetdə yeni layihə: PDFJurnal

09-06-2010

AzNetdə yeni layihə olan PDFJurnal-ın ilk sayı hazırdır. Bu jurnalda ən son texnologiya yenilikləri,sağlamlığımız haqqında, hekayələr, bir sözlə faydalı və maraqlı məlumatlar yerləşdirilib. Eyni zamanda burda gənclərin yazdığı hekayələr və Bizim Peşəkar bölməsində qabaqcıl gənclərlə müsahibə bölməsi də fəaliyyət göstərir. Jurnalın ilk sayında olan yazılar :


"Facebook"da nəhəng bir oyun

08-06-2010

Electronic Arts şirkəti Facebook üçün özel bir FIFA oyunu çıxaracağını bildirib. Sosial şəbəkçün çıxacaq oyunun adı FIFA Superstars olacaq. Oyun Playfish tərəfindən təkmilləşdiriləcək və Facebook istifadəçilərini təqdim olunacaq. EA Sports-un rəhbəri Peter Moore bu oyun sayəsində milyonlarla futbol fanatının Facebookda FIFA Dünya Kupası'nı qazanmaq için yarışacağını deyib.

Polis "Google"da yoxlamalar aparacaq

07-06-2010

Şirkətin qanunsuz olaraq şəxsi məlumatları ələ keçirdiyi ehtimal olunur. Avstraliya polisinə “Google” şirkətinin “Street View” xidməti ilə bağlı araşdırma aparmaq göstərişi verilib. Şirkət ölkənin telekommunikasiya haqqında qanunvericiliyi pozmaqda təqsirləndirlir.


Azərbaycanda İnternet qiymətləri istifadəçiləri qane etmir

06-06-2010

Xeberler.az saytında keçirilən sorğu sona çatdı. Əvvəla, sorğuda aktiv iştirak etdiyinizə görə hamınıza minnətdarıq. İndiki İnternet qiymətləri sizi qane edirmi? sualına 1300-dən çox səs gəlib. Sorğunun nəticəsinə görə, Azərbaycanda İnternetin qiyməti 769 nəfəri (55%) qane etmir.

Facebook hekayələri

06-06-2010

Artıq Facebookun sosial şəbəkəsi həyatımızın bir parçasına çevrilib. Bilindiyi kimi, insanlar həyatlarıyla bağlı bir çox məlumatı Facebookda paylaşırlar. Bu paylaşmanın mənfi və müsbət cəhətləri var. Facebook həmçinin ailədə münasibətlərin pozulmasına zəmin yaradır. Onlardan bəzilərini sizə çatdırırıq. İngiltərədə qısqanc ər, sosial İnternet saytı Facebookdakı ailə vəziyyətini subay göstərən arvadını öldürdüyü üçün ömür boyu həbsə məhkum olunub. 34 yaşındakı yük maşını sürücüsü Wayne Forrester həyat yoldaşıyla 15 illik bərabərliyi bitirməyə qərar verərək evdən ayrılıb.


Elektron Təhsil Respublika Müsabiqəsinin nominantları seçilib

06-06-2010

Təhsil Nazirliyini keçiridiyi Elektron Təhsil Müsabiqəsinin təşkilat komitəsi bildirib ki, Ekspertlərin və Münsiflərin qiymətləndirməsi əsasında Müsabiqənin Nominantları seçilib. Müsabiqəyə təqdim olunan 810 Layihədən cəmi 89 Layihə Müsabiqənin Nominantı seçilərək mübarizəni davam etdirmək imkanı qazanıblar . Təşkilat Komitəsinin qərarı ilə 1-ci Nominasiya üzrə 29 , 2-ci Nominasiya üzrə - 15 , 3-cü Nominasiya üzrə 28, 4-cü Nominasiya üzrə 7 və nəhayət 5-ci Nominasiya üzrə 10 Nominant yeri müəyyən olunub.

Proqnoz.az saytı fəaliyyətə başladı

05-06-2010

Azərbaycanda ilk onlayn futbol proqnozu və oyunlar haqqında ətraflı məlumat verən sayt olan Proqnoz.az fəaliyyətə başlayıb. Saytın redaktoru Əli Məmmədovun xeberler.az-a verdiyi məlumat görə, saytın oyunlar bölməsi hərgün yenilənir və ora futbol qarşılaşmalarının əmsalları yazılır. Əmsallar marathonbet.ru saytına istinadən verilir.


«AzDataKom» şəbəkəsi internet xidmətlərinin tariflərini endirib

05-06-2010

«AzDataKom» şəbəkəsi vasitəsi ilə İnternetə yüksək sürətli çıxış üzrə xidmət tarifləri aşağı salınıb. Endirim şəbəkənin ADSL avadanlıqları və ayrılmış xətt vasitəsilə göstərdiyi İnternet xidmətləri üzrə aparılıb. «AzDataKom» şəbəkəsi vasitəsi ilə göstərilən ADSL xidmətlərinin qiyməti 1024 Kbit/s-dən 8192 Kbit/s-dək kanalların sürətindən asılı olaraq 20-140 manat təşkil edir.

Internetdə pornoqrafiyaya ən çox kimlər baxır?

05-06-2010

İnternet vasitəsilə təhsil dəstəyi verən Online MBA saytının üzə çıxardığı “online porno” statistikası internetin kirli üzünü göstərir. İnternetdəki saytların 12 faizində, yəni 24 milyondan artıq saytda pornoqrafik məlumatlar yer alır.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə