Previous Next
Bağla

BAKIYA YENİ VİRUS GƏLDİ

05-10-2010 08:11
BAKIYA YENİ VİRUS GƏLDİ

Kompüter mütəxəssisləri onu "Nigeriya fırıldağı" adlandırır

Ölkədə "Staxibag" adlı kompüter virusu yayılmaqdadır. Bir müddət əvvəl Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində onminlərlə kompüteri sıradan çıxaran, sənaye müəssisələri və terminalların işini dayandıran "Stuxnet" virusunun törəməsi sayılan "Staxibag" Orta Asiya və Cənubi Qafqaz ölkələrinə istiqamətlənib.
Dünən səhər Bakıdakı onlarla kompüteri "yoluxduran" virusu ABŞ-ın "BitDefender" və "Norton Securities" kompüter təhlükəsizliyi şirkətləri təhlükəli sayırlar.
"Staxibag"ın fəaliyyət alqoritmi virusun yerləşdiyi kompüterdəki bütün elektron poçt ünvanları, parollar və məxfi saxlanan mətn fayllarını kompüter istifadəçisinin xəbəri olmadan İnternet vasitəsilə virusu yayan mərkəzə yollamağa hesablanıb.

Sonradan həmin parollardan istifadə edilir, virusa yoluxmuş kompüter sahibinin elektron poçt ünvanı dağıdılır, konfidensial məlumatları oğurlanır. Ən başlıcası isə budur ki, həmin şəxs bank kartı sahibidirsə və İnternetdə alış-veriş edibsə, onun hesabındakı pulların hamısı "yoxa çıxır".

"Staxibag"ın daha bir yönü onun yoluxduğu kompüterdən minlərlə ünvana spam, reklam və "Nigeriya məktubları" göndərməsidir.

Kompüter mütəxəssislərinin "Nigeriya məktubları" adlandırdıqları fırıldağın əsası Nigeriyada qoyulub. Belə məktublarda guya milyonlarla dollarlıq bank hesabından pulu çıxara bilməyən adam üzləşdiyi çətinliklərdə hakimiyyət dairələrinin xüsusi rolu olduğunu vurğulayır, yardım müqabilində potensial "qurban"a milyonlar vəd edir. Daha konkret olsaq, fırıldağa şirnikləndirilən şəxsə həmin pulları öz hesabına köçürmək təklif olunur.

Belə absurd təklifə inananlar, tamahına güc gələ bilməyənlər isə fırıldaqçıların "xırda rəsmiyyət işlərinə görə kiçik məbləğli xərclər" adıyla istədikləri $100-1000 aralığındakı pul köçürməsi edir, milyonları gözləyir.

Təbii ki, pul köçürüləndən sonra fırıldaqçılar da yoxa çıxır, "milyonlarını" gözləyən adamın məktublarına cavab vermirlər. // Ekspress

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Internet virusunu necə məhv etməli?

04-11-2010

Təhlükəli “Downadup” virusu

27-01-2009

Fırıldaqçılar dünya maliyyə böhranı hesabına qazanc əldə etməyə çalışacaqlar

02-11-2008

Conficker.c virusu aprelin 1-də işə düşəcək

26-03-2009

İranın nüvə proqramı kompüter virusuna təslim oldu

18-12-2010

Conficker kompüterlərə zərəz verməkdə davam edir

14-04-2009

Internet hərracında milyona yaxın bank hesabı satıldı

26-08-2008

60 yaşlı kompüter

07-09-2009

GENERALIN QƏTLİ VİRUSA DÖNDÜ

19-02-2009

Bu gün informasiyanın beynəlxalq müdafiəsi günüdür

30-11-2009

Conficker.C virusunun qaynağının Çin olduğu ehtimal kimi qəbul edili.

02-04-2009

Spamerlər Microsoftun servislərindən aktiv şəkildə istifadə edirlər

28-11-2008

Ən ucuz telefon və ən ucuz kompüter

19-08-2008

Dünyanın ən kiçik kompüteri hazırlandı

25-02-2011

İntel Hindistan üçün 115 dollarlıq kompüter hazırlayıb

30-08-2008

Gözlər üçün ən təhlükəsiz kompüter şrifti hansıdır?

29-08-2010

«Xalq kompüteri» layihəsinin detalları açıqlandı

08-07-2008

İnternetdə çatlaşma hansı təhlükələri yaradır?

07-12-2010

İnternetdə yeni təhlükə

28-08-2010

Kompüterə bu viruslar göndərilir (Video)

25-11-2014

İnternetdə "Müqəddəs Valentin" virusu yayılıb

15-02-2011

Ölkənin poçt şöbələri əhaliyə bank və maliyyə xidmətləri göstərəcək

01-06-2009

Çat həvəskarlarına bəd xəbər

02-09-2010

Gənc müsəlmanlara Quran oxumağı öyrədən kompüter

22-09-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə