NÖVBƏ GÖZLƏMƏK SERVİSİ: Uzun növbələrdə gözləməkdən yorulan bir amerikalının digər Amerikalılara hədiyəsi məhz, qeyri-adi servis şirkətini yaratmaq olub. Bu servis şirkəti növbədə gözləyən müştəriləri bu əziyyətdən xilas edir. Belə ki, növbədə duran vətəndaş həmin şirkətə zəng vurur və sifariş verir ki, onun yerində durmağa adam göndərsinlər. Həmin şəxs əraziyə gəlir, siz isə bu müddətdə istədiyiniz yerə gedirsiniz. Sıranız gələndə isə telefon zəngiylə sizi çağırırlar.
Brazilyada bir parfümeriya şirkəti hamını təəcübləndirib. Hazırda şirkətin yeni məhsulundan çox, reklam banneri haqqında danışırlar. Black Mamba adlı reklam agentliyi parfümeriyaların iyini hiss elətdirən reklam-banner hazırlayıb. Reklamın testi San-Paolo şəhərində yerləşən 15 internet-kafedə edilib
ABŞ-ın sabiq prezidenti, oğul Corc Buş 2 iyun tarixində Facebook sosial şəbəkəsində qeydiyyatdan keçib. Amerika mətbuatının yazdığına görə, səhifədəki yeniliklərin üçüncü şəxs tərəfindan edildiyi güman olunur. Yaxın vaxtlarda səhifədə Buşun prezidentlik təşəbbüsləri haqda ətraflı məlumatların yerləşdiriləcəyi bildirilir. Xatırladaq ki, ABŞ-ın hazırki prezidenti Barak Obamanın bir neçə ildir ki, Facebookda səhifəsi var. Prezidentliyə namizədlik dövründə Obama sosial şəbəkələrdən fəal istifadə edirdi.
İlk qadağa İngiltərə yığma komandasının baş məşqçisi Kapellodan gəlib. Şəbəkələrdəki söhbətlərin futbolçuların əhvalına mənfi təsir edə biləcəyi düşünən məşqçi yığma düşərgəsində olan 30 oyunçunun hamısına Facebook və Twitter qadağası qoyub. Kapellodan sonra İspaniya yığma komandasının baş məşqçisi Visente Del Boske də analoji tədbiri görüb.
Yeni məşhurluq qazanan Tablet PC-nin nüfuzundan istifadə edən Acer iPad və Amazon Kindleyə cavab ola biləcək Android əsaslı bir Tablet PC hazırlayır. Çinin paytaxtı Pekində Acer tərəfindən reallaşdırılan mətbuat konfransında, firmanın 2010 və 2011 planları açıqlanıb. Bu planlar arasında Tablet PC-də var. Mətbuat konfransına qatılanlar Tablet PC-nin iPad və Kindlenin hibrid qarışığına bənzəyəcəyini deyiblər, cihazın Android əməliyyat sistemini istifadə edəcəyi də deyilir.
Sony bugün (27 May) yeni televizorunu təqdim edib. Texnologiya sahəsində hər zaman yenilikləriylə ictimaiyyəti sevindirən "Sony" yeni planlarını açıqlayıb. "Sony"nin yeni televizoruyla gələcəyi şəkilləndirməyi hədəfləyir. Super-flexible, yəni 4.1 inçə dözümlü OTFT tam rəngli OLED ekran hazırlayan firma, layihəni gələcək illərdə böyük televizorlarda da tətbiq etməyi planlaşdırır
“Nokia” və “Yahoo!” onlayn servislər sahəsində əməkdaşlığa başladıqlarını elan edib. Şirkətlər elektron poçt, ani ismarıc mübadiləsi, kartlar, eləcə də naviqasiya servisləri üzrə bir-birini tamamlayacaq.
Dünyanın ən məşhur axtarış sistemi olan "Google"nin sorğusuna görə, 29 May Norveçin paytaxtı Oslo şəhərində keçiriləcək "Eurovision-2010" musiqi yarışmasında Azərbaycan 9-cu yeri tutacaq. Təxminlərə görə, birinci yer Almaniya, ikinci yer Gürcüstan, üçüncü yer isə İsveç olacaq.
Delta Telekom Azərbaycanın internet resurslarının təqribən 90 faizini öz data-mərkəzinə keçirtməyi planlaşdırır
NEXUS-şirkəti "Facebook" üzvləri arasında foto müsabiqəyə start verib. 11 may - 1 iyun tarixlərində keçiriləcək. müsabiqədə siz də iştirak edə bilərsiniz. Bununçün "Facebook" sosial şəbəkəsində Nexus səhifəsinə daxil olun və öz çəkdiyiniz şəkli həmin yerdə yerləşdirin.
Mozilla Corporation kampaniyasının icraçı direktoru Con Lilli (John Lilly) öz vəzifəsini tərk edəcəyi barədə bəyanat verib. All Things Digital bloqunun yazdığına görə o Greylock Partners investisiya fonduna partnyor kimi keçəcək. Mozillanın əməkdaşlarına Lillinin bloqda dərc edilmiş məktubunda açıqlayıb ki, yaxın vaxtlarda kompaniyadan gedəcək. Eyni vaxtda Mozilla Corporation kompaniyasının direktorlar şurasında öz yerini saxlayacağını da bildirib. O öz qərarını daha çox start up layihələrə işləmək istəməsi ilə açıqlayıb.
Texnologiya dünyasında 3D görüntülü cihazlar, filmlər artıq yayılmaqdadı.
ABŞ tarixində San-Fransisko şəhəri çox ilklərə imza atıb.
350 milyondan çox istifadəçisi olan Facebook ailəsi 2009-cu ilin sonuna az qalmış Amerikada profil yazılarını çək-çevir etdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları