İngiltərənin Wireless şirkətinin araşdırmasına görə, dünyada son 1,5 ildə 1 milyarddan çox yeni telefon satılıb. Bununla da şirkət, hazırda istifadə edilən mobil telefon sayının 5 milyard olduğunu açıqlayıb.
Yadellilərin gəlişi nəqliyyatın iflic olmasına səbəb olub. Təyarrə reisləri təxirə salınıb, aeroportun işçiləri və sərnişinlər binanı tərk edib.
“Bluetooth SIG” təşkilatı “Bluetooth 4.0” simsiz standartın spesifikasiyasını təsdiqləyib. “Bluetooth»un yeni versiyası elektrik enerjisinin daha az sərfinə yönəldilib. Beləliklə, artıq “Bluetooth” modullu qurğu istehsalçıları testləşdirmə və sertifikasiya üçün onun tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə hazırlanmış yeni standart əsasında qurulmuş həllərini təqdim edə bilərlər. Məhz bundan sonra “Bluetooth 4” qurğuları bazara çıxarıla bilər.
Zepp Blatter: "Yaşadığımız təcrübələrdən sonra texnologiyanın futboldakı yerini və hakimlərə köməyini təkrar nəzərdən keçirməliyik"
Amerikalı müğənni Ledi Qaqa "Facebook" sosial şəbəkəsinin ən məşhur adamıdır. 10 milyon pərəstişkarı olan müğənni aktyor Vin Dizel və ABŞ-ın prezidenti Barak Obamanı qabaqlayıb. Ötən həftənin sonunda müğənni ilə prezident arasında keçirilən qiyabi yarışma yekunlaşıb. İkinci pillədə aktyor Vin Dizeldir. Onu bəyənənlərin sayı 9,7 milyon nəfər olub. Barak Obama isə 9,5 heyran ilə üçüncüdür.
Nokia korporasiyanın Mobile Solutions bölməsinin başçısı, bu vəzifəyə bir qədər əvvəl təyin edilmiş Anssi Vanyoki fin şirkətinin hazırkı vəziyyəti, eləcə də qarşıda gözlənilən dəyişikliklər barədə öz fikirləri ilə bölüşüb.
Xarici KİV-lərin verdiyi məlumata görə, axtarış nəhəngi Google indi də turizm sektoruna girir. Məlumata görə, Google uçuş məlumatlarını istifadəçi ekranına yağdıracaq layihələr təqdim edir. Googlenin anti-tröst kimi nüfuzlu təşkilatlardan razılıq alıb-almayacağı isə maraqla gözlənilir.
Xeberler.az cnews.ru saytına istinadən xəbər verir ki, LG şirkəti eyniadlı ticarət nişanı altında smartfon və kommunikatorlar üçün proqram təminatının yayılması və yüklənilməsi üzrə portal yaradıb. Yeni əlavələr saytının doldurulmasında əsas üstünlük hələ ki Windows Mobile bazasında olan proqramlara verilir, Google Android üçün müvafiq əlavələrin isə ilin sonuna kimi burada yer alacağı gözlənilir.
Bazara çıxarıldığı gündən reklam və satış rekordları qıran “iPhone 4” telefonunun maya dəyərlərı açıqlanıb. AA müxbirinin “iSuppli” hesabatına əsasən əldə etdiyi məlumatlara görə, yeni telefonun istehsalı 187 dollar 51 sentə başa gəlib.
Kişi idman növü olaraq göstərilən futbolun dünyada kifayət qədər qadın pərəstişkarı var. Türkiyədə də fanat qadınlar az deyil. Onlar bugünlərdə yığışaraq yeni futbol saytı açıblar. Biyiksizlar.com adlanan saytın bütün xəbərlərini yalnız qadınlar hazırlayacaq. Bu sayt qadın gözüylə futbola baxmaq istəyənlər üçün hazırlanıb. Saytda köşə yazarları da yalnız xanımlar olacaq.
Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook haqda film çəkilir. Film yazıçı Men Mezrichinin qələmə aldığı “The Founding of Facebook” adlı kitaba uyğunlaşdırılıb.
BlackBerry ağıllı telefonları istehsalçısı Research In Motion Limitedin (RIM) bu ilin birinci rübündə, gəlirini keçən ilin eyni dövrünə nisbətdə 24 faiz artıraraq, 4.24 milyard dollara çatdığı bildirib.
Türkiyədə 2011-2021-ci illərdə yeni texnologiyaların tətbiqinə 600 mlrd. ABŞ dolları həcmində investisiya yatırılacağı gözlənilir.
Nokianın tablet kompüteri... Maraqla gözlənilən iPadın gəlməsiylə tablet bazarı sürətləndi və olduqca rəğbət görməyə başladı. Artıq az qala hər gün yeni tablet xəbəri, başlıqları bəzəyir. Son tablet xəbəri də Nokiadan gəldi.
Palm geri gəlir. Palmın yeni planları arasında istifadəçiləri sevindirən xəbərlər var.
LG-nin bütün LCD, Plazma və 3D Full LED televiziyalarında olan Clear Voice (Dəqiq Səs) xüsusiyyəti sayəsində istəmədiyiniz səsləri yığışdıra bilərsiniz. Bu günlərdə məhz bu funksiyasına görə LG televizorları çox satılır. Belə ki, CAR-da keçirilən futbol üzrə Dünya Çempionatında afrikalıların milli adəti olan Vuvuzelanın səsi futbolsevərlərin kefini korlayır.
Nokianın yeni Nokia C7 modeli təqdim olunub. Symbian-3 əməliyyat sisteminə sahib olacağı iddia edilən telefonun digər detalları isə belədir - Symbian-3 - Avtomatik fokuslamalı və cüt led flaşlı 8 MP kamera - Üz tanıma - 3.5 düyümlük ekran - Çoxlu toxunmadıqekran dəstəyi - Stereo dinamik - GPS, Wi-Fi, HSPA
Mobil telefonlar arıların populyasiyasının azalmasına gətirib çıxarır. Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutundan bildirmişlər ki, bunu Hindistanın Pəncab Universiteti alimlərinin apardığı eksperimentin nəticələri göstərmişdir. Tədqiqatçılar ehtimal edirlər ki, həşəratlara zərər verən mobil telefon aparatlarının yaratdığı elektromaqnit şüalarıdır. Eksperiment zamanı alimlər 2 arı yuvasını müşahidə etmişlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları