Mozilla Corporation kompaniyasının icraçı direktoru Con Lilli (John Lilly) öz vəzifəsini tərk edəcəyi haqqında bəyanat verib. All Things Digital bloqunun yazdığına görə o Greylock Partners investisiya fonduna partnyor kimi keçəcək.
Mozillanın əməkdaşlarına Lillinin bloqda dərc edilmiş məktubunda açıqlayıb ki, yaxın vaxtlarda kompaniyadan gedəcək. Eyni vaxtda Mozilla Corporation kompaniyasının direktorlar şurasında öz yerini saxlayacağını da bildirib. O öz qərarını daha çox start up layihələrə işləmək istəməsi ilə açıqlayıb.
Con Lilli Mozillada 2005-ci ildən işləyir. 2008-ci ildə o Mitchell Bakeri icraçı direktor olaraq əvəz edib. Buna qədər isə o kompaniyada əməliyyat direktoru vəzifəsində çalışırdı. Mozilla Corporation kampaniyası Mozilla Foundation fondunun bir şöbəsi olub Firefox brauzerinin və Thunderbird poçtunun işlənməsinə cavabdehdir.
Qeyri-kommersiya qurumu olan Mozilla Foundation fondundan fərqli olaraq Mozilla Corporation komersiya qurumudur və Mozilla tərəfindən yaradılmış layihələrin investisiya edir. Mozilla Firefox dünyanın ən yaxşı brauzerlərindən biri sayılır. Kopmaniyanın məlumatına görə bütün dünya üzrə istifadəçilərinin sayı 350 milyondur, bu da ümumi bazarın 30%-ni əhatə edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri