Corc Buş Facebook-da özünə səhifə açıb

04-06-2010 / 02:24

ABŞ-ın sabiq prezidenti, oğul Corc Buş 2 iyun tarixində Facebook sosial şəbəkəsində qeydiyyatdan keçib. Amerika mətbuatının yazdığına görə, səhifədəki yeniliklərin üçüncü şəxs tərəfindan edildiyi güman olunur. Yaxın vaxtlarda səhifədə Buşun prezidentlik təşəbbüsləri haqda ətraflı məlumatların yerləşdiriləcəyi bildirilir.

Xatırladaq ki, ABŞ-ın hazırki prezidenti Barak Obamanın bir neçə ildir ki, Facebookda səhifəsi var. Prezidentliyə namizədlik dövründə Obama sosial şəbəkələrdən fəal istifadə edirdi. Mütəxəssislərin fikrinə görə, bu fəallıq Obamanın prezident seçilməsinə böyük kömək olmuşdur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə