Microsoft Skype-ı 8,5 milyard dollara alacağını açıqlayıb.
"HTC Flyer" planşetlər üçün olan qələmi 80 dollara satacaq. Aksessuara bilavasitə bu qiyməti Amerikanın elektron mağazalar şəbəkəsi Best Buy təklif edir. "Flyer" planşetinin öz qiyməti 499 dollar təşkil edir. Beləliklə, qurğunun ekranında yazmağa və şəkil çəkməyə imkan verən qələmin qiyməti, planşetin qiymətinin 16%-ni təşkil edəcək. /Ria Novosti/
İntel şirkəti lvy Bridge adında yeni texnologiya əsasında istehsal etdyi mikro prosessorlarını təqdim edib.
Qurğunun tərtibatçısı Frontier Developments oyun studiyasının təsisçisi Devid Brebendir.
Stiv Balmer RIM-lə sıx əməkdaşlığın başlanması barədə elan edib.
Xakerlər tərəfindən oğurlanmış Yaponiyanın “Sony” – Pleysteyşn Netvork (“Playstation Network”) qlobal internet şəbəkəsinin 77 milyon istifadəçisinin kredit məlumatları şifrələnib. Kredit kartlar haqqında məlumatların serverlərdə şifrələnmiş şəkildə saxlanılması cinayətkarların onlardan istifadə etmək imkanını azaldır. Lakin, “Sony” şirkəti bu ehtimalı büsbütün istisna etmir. Hələlik banka kartlardan qeyri-qanuni şəkildə istifadə edilməsi barədə şikayət daxil olmayıb.
Manxettendə keçirilən Nyu-York beynəlxalq avtoşousunda "Nissan Leaf" elektromobili ilin avtomobili elan edilib.
"Samsunq Elektronics" aprelin 28-dən "Galaxy S ll" smarfonlarını satışa buraxıb. Cihaz hələlik ancaq Cənubi Koreyada satılır. Samsung "Galaxy S" smarfonunun ikinci versiyası olan "Galaxy S ll" may ayından dünyanın 120 ölkəsində satışa çıxarılacaq. (Lenta)
Microsoft korporasiyasının təmiz mənfəəti 2010-2011-ci maliyyə ilinin III rübündə 30 faiz artaraq, 5,23 milyard dollara çatıb.
11 aprel tarixində Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start verildi. Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir
Supertooth HD elektron cihazı avtomobil sükanını buraxmadan sürücülərə «Facebook» və «Twitter»də baş verənləri izləmək imkanı yaradacaq. Yeni cihaz vasitəsiylə mesaj göndərmək, elektron poçtla ünsiyyət saxlamaq mümkün olacaq. Bu haqda Gizmag texnologiya bloqu məlumat verir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı – www.azdrama.az üzərində son hazırlıq işləri gedir. Saytın sınaq versiyasının təqdimatı ötən ilin noyabr ayında Bakıda keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, prespektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransı zamanı olmuşdu. Portalın tamamlanma işləri yaxın zamanlarda bitəcək. Daha sonra da təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Nobel mükafatının informatika sahəsində ekvivalenti hesab olunan və Hesablama Texnikası Assosiasiyası (Association for Computing Machinery, ACM) tərəfindən təqdim olunan “Türinq” mükafatının 2010-cu il qalibi Harvard Universitetinin professoru Lesli Valiant olub.
“Eurovision-2011” mahnı müsabiqəsi Almaniyanın Düsseldorf şəhərində keçiriləcək. Xeberler.az-ın İtv. Az-a istinadən məlumatına görə, Düsseldorfdakı Tusen göydələnində müsabiqəni izləmək üçün dünyanın ən böyük ekranı qurulacaq.
Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Apple korporasiyasının icraçı direktoru Stiv Cobsu müvəqqəti əvəz edən əməliyyat direktoru Tim Kuk şirkətin “yalnız varlılar üçün” məhsul buraxmaq niyyətində olmadığını bəyan edib. Onun sözlərinə görə, Apple hamı üçün müxtəlif məhsullar təqdim edən və müxtəlif bazarlarda təmsil olunan şirkət kimi fəaliyyət göstərmək istəyir.
Ultra kiçik mikroprosesorlar, təzyiqölçən, nazik batareya, Günəş enerjisi ilə "qidalanan" akkumulyator və məlumatı kənardakı qəbulediciyə ötürə bilən naqilsiz radioqurğudan ibarət kiçik kompüter insan gözündəki təzyiqi ölçür.
şirkəti 3D texnologiyasını dəstəkləyən iki yeni qurğu nümayiş etdirib. Bunlar “LG Optimus 3D” smartfonu və “LG Optimus Pad” planşet kompüterdir. “LG Optimus 3D”smartfonu 3D-kontentlə tam həddə işləmək imkanı verir. Yəni bu modelin istifadəçisi smartfonda 3D-təsvirə nəinki baxa, hətta özü bu cür kontent yarada bilər. Qurğunun displeyi stereotəsvirə adi gözlə baxmaq imkanı verən xüsusi texnologiya ilə təchiz olunub
Bu gün internetdə "VBS_ILoveyou", "Vbs_Valentin.A" və "Worm_Blebla.B" adlı kompüter virusları yayılıb. "Bekap" və "troyan" tipli olan bu virusların adına analoji elektron məktublarla şəkilləri açmamaq məsləhət görülür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları