Space-in yerində Mədəniyyət kanalı

08-02-2011

Fevralın 14-dən efirə çıxacağı bildirilən Mədəniyyət kanalının test yayımı başlanıb Bir neçə gündür ki, “Türksat” peykində yayımlanan Space telekanalının tezliyində, fevralın 14-dən efirə çıxacağı bildirilən Mədəniyyət kanalının test yayımı başlanıb. Space kanalının öz yerindən yox olması tamaşaçıların marağına səbəb olub. Məsələni dəqiqləşdirmək üçün Rabitə Teleradio İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin rəhbəri Qulam

“Araz” radiosu fəaliyyətə başlayacaq

05-02-2011

“Araz” radiosu fəaliyyətə başlayacaq Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda 25 noyabr 2010-cu il tarixdən 25 dekabr 2010-cu il tarixədək radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilən müsabiqənin nəticələrinə baxılıb. Müsabiqədə iştirak edən üç iddiaçı arasından \\\\\\\"Araz\\\\\\\" radiosu müsabiqənin qalibi elan edilib.


"Mədəniyyət" TV 14 Fevralda açılacaq

03-02-2011

“Mədəniyyət” kanalı fevralın 14-də fəaliyyətə başlayacaq Bu barədə Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin rəhbərliyi ilə keçirilən görüşdə bildirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AzTV-nin nəzdində “Mədəniyyət” kanalının yaradılması münasibəti ilə televiziya kollektivini təbrik edib, daim Azərbaycan Televiziyası ilə əməkdaşlıq edən

Birinci Qafqaz informasiya telekanalı yanvarın 25-də efirə çıxacaq

22-01-2011

Bu il yanvarın 25-də Avropa peyki vasitəsilə Gürcüstan İctimai televiziyasının bazasında yaradılmış Birinci Qafqaz İnformasiya Telekanalı (BQİT) Tiflisdən yayımlanmağa başlayacaq. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, məqsəd Qafqaz xalqlarını informasiya meydanına cəlb etmək, onları mühüm hadisələr barədə operativ məlumatla təmin etməkdir.


MTRŞ məhkəməyə veriləcək

22-01-2011

Bu müsabiqənin nəticələrinin elan olunması ilkin andan sona qədər bir tamaşa olub. Bunun üçün səbəblərimiz var. Ən elementar məsələlərdən başlayaraq yekun nəticəyə qədər Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbərliyi və üzvləri tərəfindən tam biganəlik nümayiş olunub. Televiziya və Alternativ Media İnkişaf Mərkəzinin rəhbəri Rəsul Cəfərovu MTRŞ-dan narazı salan bir neçə gün bundan əvvəl bu qurumun verdiyi qərar olub. Yanvarın 18-də radio yayımı

"Cənub" TV yeni layihələr üzərində işləyir

11-01-2011

Azərbaycanın üçdə bir hissəsində yayımlanan və cənub bölgəsinin yeganə televiziya kanalı olan "Cənub" televiziyasının (CTV) 3 yaşı tamam olub. Trend-in məlumatına görə, bu münasibətlə Lənkəranda keçirilən geniş tədbirdə CTV və Regional Televiziya şirkətinin baş direktoru Rüstəm Əliyev şirkətin fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, 2007-ci il dekabrın 31-dən yayımlanan CTV tez bir zamanda Azərbaycan


Mədəniyyət kanalının rəhbəri məlum oldu

04-01-2011

Mərkəz\"dən gedən Vüqar Qaradağlı kanal rəhbəri olacaq 2010-cu il oktyabrın 22-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi müsabiqədə qalib gələrək Mədəniyyət kanalının acılmasına lisenziya qazanan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yeni kanalın fəaliyyətə başlaması istiqamətində işləri sürətləndirib. Əldə etdiyimiz məlumata görə, artıq Mədəniyyət kanalına kimin rəhbərlik edəcəyi də dəqiqləşib. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən verilən məlumatda bildirilib ki, media sahəsində tanınmış sima olan

TRT telekanalı Qarabağ problemi barədə veriliş və sənədli filmlər hazırlayıb

28-12-2010

Türkiyənin dövlət telekanalı olan və Azərbaycanda yayımlanan yeganə xarici telekanal – TRT Dağlıq Qarabağ probleminə daha çox diqqət ayırmaq qərarına gəlib, - “1nyus” xəbər verir. Azərbaycanda TRT-nin yeni nümayəndəsi Yuksel Deyercan bildirib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkədir və strateji həmkarlardır. Onun sözlərinə görə, bundan sonra da TRT iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün səylər göstərəcək. “Bundan başqa, bizim bir ümumi problemimiz olan – Dağlıq Qarabağ


“Lider” TV-nin “Səda” İnformasiya Departamentinin rəhbəri Tofiq Abbasov telekanalı tərk edib

28-12-2010

"Media forum” saytı xəbər verir ki, “Lider” TV-nin “Səda” İnformasiya Departamentinin rəhbəri Tofiq Abbasov telekanalı tərk edib. Tofiq Abbasov “Media forum”a açıqlamasında xəbəri təsdiqləyib. O deyib: “Mən öz istəyimlə işdən getdim. Səbəb səhhətimlə bağlıdır. Artıq 3 ilə yaxın idi bu vəzifədə çalışırdım. Sözün düzü, yorulmuşam. Əgər səhhət sağlam deyilsə, yaxşı iş görmək də mümkün deyil”. Hazırda planına daha

Azərbaycanda yeni radio kanalına üç iddialı var

28-12-2010

Bu barədə Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, 103.3-cü FM tezliyində yer almaq üçün “Radio Azad xəbər”, “Radio Obyektiv” və “Alternativ radio” tərəfindən müraciət olunub. Onun sözlərinə görə, müraciət edənlərdən ikisi hüquqi, biri fiziki şəxdir. 103.3-cü FM tezliyində yer alacaq radio kanalı üzrə müsabiqə üçün noyabrın 25-dən dekabrın 25-ə qədər sənəd qəbulu həyata keçirilib. MTRŞ sədrinin sözlərinə görə, yanvarın 25-nə kimi müraciətlərə baxılacaq və sonra qalib elan olunacaq


Azərbaycan əhalisi onlarla telekanala pulsuz baxa biləcək

23-12-2010

Azərbaycanda rəqəmsal televiziya yayımına keçid prosesi tam başa çatandan sonra ölkə əhalisi heç bir əlavə qurğu və ya avadanlıqların köməyi olmadan onlarla yerli və xarici kanalları izləyə biləcək.

Küveyt hökuməti "Əl-Cəzirə" telekanalının ölkədəki ofisini bağlayıb

13-12-2010

Küveyt hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki ofisini bağlayıb. Bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat verib. Bağlanan telekanalın jurnalistlərinin akkreditasiyaları da ləğv edilib. Küveyt hökuməti telekanalın hansı səbəbdən bağlandığı barədə açıqlama verməyib


Islamçılar Azərbaycan televiziyalarının hazırkı vəziyyətindən narazıdılar

08-12-2010

Azərbaycan İslam Partiyası Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət edib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Azərbaycan televiziyalarının hazırkı vəziyyətindən bəhs edilib, bayağı və islama zidd olan məqamların telekanallarda nümayiş olunduğu bildirilib.

İctimai Televiziya 2010-cu ildəki fəaliyyətinə görə mükafatlandırıldı

07-12-2010

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov 2010-cu ildə teleradio sahəsində qazandığı uğurlara görə “Azeri Business Award” mükafatına layiq görülüb.


"Kabel televiziyası ilə bağlı qanuna ehtiyac var"

06-12-2010

\"Azərbaycanda kabel televiziyasının inkişafı nailiyyətlər və perspektivlər\" mövzusunda tədbir keçirilib

ANS-in prezidenti ölkə mediasına müraciət etdi

03-12-2010

Vahid Mustafayev: "Azərbaycanımızın hansısa xarici qüvvələrin şər maraqlarının poliqonuna çevrilməməsi üçün əlimizdən gələni etməliyik" Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənovun kütləvi informasiya vasitələrinə müraciətinə ilk reaksiyanı ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev verib. O,


"Bu gün kabel televiziyası sahəsində qanunvericilikdə ciddi boşluq mövcuddur"

03-12-2010

"AG Telekom" (KATV1 kabel televiziyasının təsisçisi) şirkətinin və Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) prezidenti Samir Qurbanovla müsahibəsi... - Azərbaycanda Kabel Operatorları Assosiasiyası yaradılıb. Onun təsisçilərindən biri "AG Telekom" şirkətidir. Azərbaycanda bu təşkilatın yaradılması kabel televiziyası operatorları qarşısında hansı perspektivləri açır? - Bu gün Azərbaycanın kabel televiziyası bazarında 14 şirkət fəaliyyət göstərir ki, onlardan yalnız təxminən beşi nisbətən daha fəaldır.

Nuşirəvan Məhərrəmli “Azadlıq” radiosu haqda nə dedi?

03-12-2010

“Şou proqramlar artıq bəlaya çevrilib. Bu yalnız Azərbaycanda yox, bütün dünya ölkələrində belədir. Şou xarakterli verilişlərin həddindən artıq baş alıb getməsi, bizi məcbur etdi ki, “Mədəniyyət” kanalı yaradaq. Ümid edirik ki, bu kanal öz üzərində düşən işi görəcək.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə