Nuşirəvan Məhərrəmli:“Şou proqramlar artıq bəlaya çevrilib”. (Eksklüziv)

02-12-2010

\"Şou proqramlar artıq bəlaya çevrilib. Bu yalnız Azərbaycanda yox, bütün dünya ölkələrində belədir. Şou xarakterli verilişlərin həddindən artıq baş alıb getməsi, bizi məcbur etdi ki, “Mədəniyyət” kanalı yaradaq. Ümid edirik ki, bu kanal öz üzərində düşən işi görəcək. Bizim əsas məqsədimiz dövlətin yardımı ilə bu sahəyə xüsusi diqqət ayırmaqdır”.

19 yaşlı ANS necə yadda qaldı?

26-11-2010

Bu gün Müstəqil Azərbaycanın ilk müstəqil telekanalı olan ANS (Azerbaijan News Service) 19 yaşını qeyd edir. ANS ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi xalq arasında geniş nüfuza malikdir. Azərbaycanın vətənpərvər gənclərinin Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarını və Xocalı soyqırımını lentə alıb


Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib

23-11-2010

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dən verilən məlumata görə, iclasda Azərbaycan teleradio məkanında mövcud vəziyyət müzakirə edilib. Toplantıda “Televiziya və radio yayımı haqqında” qanunun 15-ci maddəsinin tələblərinə uyğun olaraq, radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində radio üzrə 103.3-cü tezlik

Ölkənin ilk rəqəmsal televiziyası 3 yaşını qeyd edir

12-11-2010

2007-ci ildən yayıma başlayan Regional Televiziya Şirkəti 3 yaşını qeyd edir. Ölkə televiziyaları arasında ilk dəfə rəqəmsal texnologiya ilə təmin olunan RTV Azərbaycanın şimal bölgəsində yayımlanır. Həftə ərzində müəyyən olunan qrafikə uyğun olaraq 30-dək layihə tamaşaçıların ixtiyarına verilir


TRT Anadolu yayıma başladı

01-11-2010

TRT-nin daha bir kanalı yayım həyatına başlayıb. Bir müddətdir test yayımları davam edən “TRT Anadolu” kanalı dünən açılıb. Yerli və regional Televiziyalar Birliyi ilə əməkdaşlıq edən TRT bu kanalda vilayətlərin və bölgələrin öz yerlərində yaşatdığı dəyərləri

Qarabağ Fondu ABŞ-ın PBS (Ictimai) televiziya kanalına etiraz etdi

29-10-2010

Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu ABŞ-ın PBS (Ictimai) televiziya kanalına və bu kanalın prezidenti Paula Kergerə müraciət edib. Müraciətdə deyilir: “Xanım Kerger, 2010-cu il Oktaybrın 24-də PBS kanalı Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi haqqında “Sülh və Müharibədə yaşayan insanların əhvəlatı” adlı ziddiyətli sənədli filmini yayımlayıb.


Ələsgər Məmmədli: “Teleradio Şurası dərhal “Lider” televiziyasının lisenziyasını ləğv etməlidir”.

26-10-2010

Müsahibimiz Media məsələləri üzrə müstəqil araşdırmaçı, hüquqşünas Ələsgər Məmmədlidir. Ələsgər müəllimlə son günlərin ən aktual məsələlərindən danışdıq.

Zeynal Məmmədli: “AZTV-nin üçüncü kanal açması qanunsuzdur”

24-10-2010

Azərbaycanda ayrıca “Mədəniyyət” telekanalı açılacaq. Bununla bağlı elan edilən müsabiqənin qalibi dövlət televiziyası - AzTV olub. Qərarı Milli Televiziya və Radio Şurası açıqlayıb. Mədəniyyət kanalının açılması üçün Bakı və Abşeron ərazisindən televiziya üzrə 44-cü tezlik resursuna elan edilən müsabiqədə yalnız 1 iddiaçı –


Mədəniyyət kanalı AzTV-yə verildi

22-10-2010

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət tеlеviziya kanalının) açılması üçün elan etdiyi müsabiqə ilə bağlı yekun iclas keçirilib. MTRŞ-dan verilən məlumata görə,

Mədəniyyət televiziyası da AZTV-yə veriləcək

07-10-2010

Telekanalın AzTV-yə veriləcəyi gözlənilir Milli Televiziya və Radio Şurası (MTRŞ) ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün elan etdiyi müsabiqə bu gün başa çatıb. Müsabiqəyə yeganə olaraq “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti müraciət edib.


Televiziya kanalları təbliğat-təşviqat kampaniyasından imtina etdilər

07-10-2010

Parlament seçkiləri ilə bağlı ödənişli təbliğat-təşviqat kampaniyasına qoşulmaqla bağlı Mərkəzi Seçki Komissiyasına müraciətlərin qəbulu müddəti bu gün başa çatır. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki,

7 televiziyanın və 4 qəzetin monitorinqi aparılır

07-10-2010

Rasto Kuzel: “Müşahidə missiyası olaraq KİV-lərlə bağlı situasiyanın monitorinqinə xüsusi diqqət ayıracağıq” “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini müşahidə edən missiyasının kütləvi informasiya vasitələri ilə


Azərbaycanda hansı televiziya kanalı adını dəyişdi?

05-10-2010

Telekanal üçün Azərbaycanda analoqu olmayan avadanlıq gətirilib Azərbaycanda televiziya adını dəyişib. Adını dəyişən televiziya regional telekanallardan biri olan “Simurq_M” Tv-dir. Tovuz rayonunda fəaliyyət göstərən “Simurq _M TV” –də köklü dəyişiklər baş verib.

Seçkidə ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq KİV-in adı açıqlandı

24-09-2010

Bu KİV-ə İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetləri daxildir Bu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrində (KİV) seçkiqabağı təşviqat aparmaq məqsədilə seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara və ya siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.


“Azadlıq” radiosunun rəhbəri istefa verdi

21-09-2010

“Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova tutduğu postdan istefa verib. Xədicə İsmayılova verdiyi açıqlamasında bildirib ki, o, bu qərara keçən həftə gəlib: “Çoxdandı bu barədə düşünürdüm. Ötən həftə rəhbərliklə müzakirə etdik və istefam qəbul olundu.

Mədəniyyət kanalı ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

07-09-2010

Azərbaycanda mədəniyyət kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulunun müddəti bir ay da uzadılıb. Bu barədə jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Şura sədri bildirib ki, Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı elan olunan müsabiqə müddətində yalnız bir müraciət daxil olub: “Müraciət “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən olunub. Qanunvericiliyə əsasən, müsabiqədə iştirak üçün bir müraciət yetərli hesab olunmadığından vaxtın daha bir ay uzadılmasına qərar verilib”.


BEŞ İLDƏ ƏLLİ İLİN İŞİNİ GÖRƏNLƏR

29-08-2010

Beş il öncə onun qurulması haqqında müzakirələr gedəndə biz qorxurduq. Əslində düşünürdük ki, hakimiyyət özü üçün daha bir tribuna əldə etmək istəyir. Hələ İsmayıl Ömərovun da ictimai yayımın baş direktoru olacağı haqda söhbətlər ortaya çıxanda lap qanımız qaralmışdı. Deyirdik ki, hakimiyyət Az.TV-nin aparıcı kadrlarından birini ictimai yayıma başçı gətirirsə, deməli hər şey aydındır.

İctimai Televiziyanın 5 yaşı tamam olur

29-08-2010

İctimai Teleradionun yaradılmasından 5 il ötür. 5 il öncə məhz avqustun 29-da yeni təmirdən çıxmış binada fəaliyyətə başlayan televiziyanın bu illər ərzində gördüyü işlər də hər zaman müzakirə obyekti olub. Onun öz missiyasının öhdəsindən gələ bilmədiyini deyən ekspertlərlə yanaşı, İTV-ni “uğurlu layihə” adlandıranlar da az deyil. Arayış üçünsə bildirək ki, İctimai Teleradio Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biridir.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə