"STEAM Azərbaycan Festivalı 2021" keçiriləcək

19-11-2021 / 13:24

Paytaxtın VI-XI sinif şagirdləri üçün "STEAM Azərbaycan Festivalı 2021" təşkil olunacaq.

Xeberler.az bildirir ki, Baku Expo Mərkəzində 9-10 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan festivalın əsas məqsədi müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsindən ibarətdir. Festival çərçivəsində “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” kateqoriyaları üzrə yarışlar keçiriləcək.

"STEAM Azərbaycan Festivalı 2021" barədə daha ətraflı məlumat almaq və qeydiyyat üçün www.saf.steam.edu.az internet səhifəsinə müraciət  etmək mümkündür.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir. STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.