Previous Next
Bağla

Məktəblərdə STEAM layihəsinin tətbiqinə başlanıb

21-10-2019 10:20
Məktəblərdə STEAM layihəsinin tətbiqinə başlanıb

Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb.

Xeberler.az bildirir ki, layihə çərçivəsində müəyyən edilmiş məktəblər üzrə tədrisə ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdi cəlb edilir. Layihənin tətbiq edildiyi ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarlar ilə təmin edilib. STEAM təhsilinin tədrisi məqsədi ilə 34 məktəbdən 104 müəllim 2-14 sentyabr tarixlərində peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak ediblər.

Eyni zamanda layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdiriləcək.

STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.

Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

STEAM layihəsi paytaxt məktəblərində

27-01-2020

Agentlik: STEAM layihəsi 250 min şagirdi əhatə edir

17-12-2024

Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır

03-12-2024

"STEAM Azərbaycan Festivalı 2021" keçiriləcək

19-11-2021

Bakı Şəhəri üzrə 215 məktəbdə STEAM layihəsi tətbiq edilib

13-06-2025

STEAM Azərbaycan layihəsinin universitetlərdə tətbiqinə başlanıb

26-09-2024

STEAM layihəsi paytaxt üzrə 200 minə yaxın şagirdi əhatə edir

22-12-2025

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

24-09-2024

Paytaxt məktəbliləri SAF 2025-də iştirak edir

19-11-2025

SAF 2025-ə sayılı günlər qalıb

11-11-2025

Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib

12-08-2024

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13-10-2025

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat davam edir

23-08-2023

Naxçıvandakı yeni STEAM Təlim-Tədris Mərkəzi-FOTO

07-03-2023

SAF 2025-in qalibləri mükafatlandırılıblar

20-11-2025

Nazir: Qarabağ Universitetində STEAM ayrıca ixtisas kimi tədris olunacaq

17-11-2025

Naxçıvanda ümumtəhsil müəssisələrindəki STEAM otaqlarına yeni avadanlıqlar verilib

19-02-2025

STEAM tədris edən müəllimlər üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə başlanılıb

11-09-2024

“STEAM təhsili - problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

31-10-2024

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

25-01-2025

Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

29-10-2024

ADPU-da “STEAMLAND”ın açılışı olub

12-09-2024

Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzini ziyarət ediblər

25-02-2026

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

11-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə