Previous Next
Bağla

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib

26-09-2024 17:08
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib

Sentyabrın 26-da STEAM İnnovasiya Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına həsr olunmuş brifinq keçirilib.

Xeberler.az məlumat verir ki, giriş nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev festivalın əhəmiyyəti barədə danışıb.

Daha sonra festivala həsr olunmuş video nümayiş etdirilib.

Brifinqdə çıxış edən “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov festivala hazırlıq prosesindən danışıb. İqrar Nəzərov qeyd edib ki, ümumilikdə 2500-dən çox iştirakçı qeydiyyatdan keçib. Qeydiyyatdan keçən şagirdlərin 35 faizi Bakı, 55 faizdən çoxu regionlar, 10 faizə yaxın isə xarici ölkələrdəndir. Hazırda 15 xarici ölkəni təmsil edən iştirakçılar qeydiyyatdan keçib. Bu sayın 20-yə çatması nəzərdə tutulur. Layihə rəhbəri əlavə edib ki, bu il festivalın beynəlxalq münsiflər heyətinin tərkibi təxminən 30 nəfərdən ibarətdir.

Daha sonra festivalın yenilənmiş loqosunun təqdimatı olub. Qeyd edilib ki, yenilənmiş loqo müasirlik, innovativ texnologiyalar, yaradıcı yaşıl düşüncə, uşaqlar, gənclər və ekologiyanı təmsil edən simvolları özündə ehtiva edir.

Təqdimatdan sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək. Bu il artıq 4-cü dəfə keçirilən STEAM Azərbaycan Festivalında (SAF 2024) 8 yarış və 1 sərgi-yarış (Yaşıl təşəbbüslər) kateqoriyası üzrə yarışlar təşkil olunacaq. Kateqoriyalara “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

24-09-2024

STEAM Azərbaycan layihəsinin rəhbəri: SAF-2024 “Əylən, öyrən” devizi altında keçiriləcək

26-09-2024

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13-10-2025

SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb

04-12-2023

STEAM Azərbaycan layihəsinin universitetlərdə tətbiqinə başlanıb

26-09-2024

SAF 2025-ə sayılı günlər qalıb

11-11-2025

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat davam edir

23-08-2023

Beynəlxalq Yaşıl SAF 2024-ün qalibləri mükafatlandırılıb

26-10-2024

Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib

04-12-2023

Naxçıvan məktəbliləri “Beynəlxalq Yaşıl STEAM Azərbaycan” Festivalının qalibi olublar

25-10-2024

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilir

24-10-2024

Bakıda SAF 2025-ə start verilib

17-11-2025

SAF 2025-in qalibləri mükafatlandırılıblar

20-11-2025

Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib

12-08-2024

STEAM Azərbaycan Festivalı bu gün başlayıb

05-12-2022

"STEAM Azərbaycan Festivalı 2021" keçiriləcək

19-11-2021

Paytaxt məktəbliləri SAF 2025-də iştirak edir

19-11-2025

SAF 2023-də paytaxt məktəblilərinin uğurları

13-12-2023

Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

29-10-2024

Prezidentin köməkçiləri və nazirlər STEAM Azərbaycan Festivalında

06-12-2023

STEAM layihəsi paytaxt məktəblərində

27-01-2020

“STEAM təhsili - problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

31-10-2024

STEAM təhsili və yaşıl robototexnika ilə bağlı tədbir keçirilib

22-09-2025

Bakıda beynəlxalq STEAM Festivalı keçiriləcək

30-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə