Previous Next
Bağla

Naxçıvandakı yeni STEAM Təlim-Tədris Mərkəzi-FOTO

07-03-2023 09:24
Naxçıvandakı yeni STEAM Təlim-Tədris Mərkəzi-FOTO

Naxçıvandakı STEAM Təlim-Tədris Mərkəzi yaxın günlərdə istifadəyə veriləcək.

Xeberler.az məlumat verir ki, bu günədək muxtar respublikanın 113 ümumtəhsil məktəbində STEAM kabinələri yaradılaraq zəruri avadanlıqlarla təmin olunub.

Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində 22 minə yaxın şagird STEAM təhsilinə cəlb olunub.

STEAM təhsil metodunun daha geniş tətbiqi məqsədilə Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi də yaradılıb. Yaxın günlərdə şagirdlərin istifadəsinə veriləcək mərkəzin binası üçmərtəbəlidir. Mərkəzdə müasir dizaynda mühəndis emalatxanası, 3D printer, dron uçuş, elm, informatika, incəsənət və texnologiya, təlim, robotexnika, kimya-biologiya otaqları yaradılıb. Mərkəzdə xidməti otaqlar və layihələrin nümayişi üçün sərgi salonu da yaradılıb. Mərkəz zəruri avadanlıqlarla, müxtəlif modellərdə və ölçülərdə 3D printer, CNC-lazer, tədris əsaslı robotlar və elektron komponentlər, emalatxana və tədris ləvazimatları, elektron lövhə və kompüterlə təmin olunub.

Mərkəzdə Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən ilk mərhələdə məktəblərdə təhsil alan istedadlı və bacarıqlı şagirdlərdən ibarət şagird bankı yaradılacaq. STEAM dərslərinin tədrisi üçün 2 illik dərs proqramları hazırlanacaq. Daha sonra proqrama uyğun olaraq şagirdlər həftənin 6 günü dərsdən sonra mərkəzə cəlb ediləcək. STEAM dərsləri 3D çap, microbit və arduino ilə proqramlaşdırma, elektrik mühəndisliyi, robotexnika, CNC lazer kəsiciləri, tədris dronları üçün hazırlanmış tədris proqramı üzrə təşkil olunacaq. Burada şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcək, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər. Tədris layihəsi ilkin olaraq 6 və 7-ci sinifləri əhatə edəcəkdir

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvanda ümumtəhsil müəssisələrindəki STEAM otaqlarına yeni avadanlıqlar verilib

19-02-2025

STEAM layihəsi paytaxt məktəblərində

27-01-2020

Nazir: Qarabağ Universitetində STEAM ayrıca ixtisas kimi tədris olunacaq

17-11-2025

Məktəblərdə STEAM layihəsinin tətbiqinə başlanıb

21-10-2019

Agentlik: STEAM layihəsi 250 min şagirdi əhatə edir

17-12-2024

STEAM tədris edən müəllimlər üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə başlanılıb

11-09-2024

Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır

03-12-2024

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

25-01-2025

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək

23-12-2024

"STEAM Azərbaycan Festivalı 2021" keçiriləcək

19-11-2021

“STEAM təhsili - problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

31-10-2024

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13-10-2025

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat davam edir

23-08-2023

Paytaxt məktəbliləri SAF 2025-də iştirak edir

19-11-2025

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30-12-2024

Naxçıvan məktəbliləri “Beynəlxalq Yaşıl STEAM Azərbaycan” Festivalının qalibi olublar

25-10-2024

STEAM layihəsi paytaxt üzrə 200 minə yaxın şagirdi əhatə edir

22-12-2025

STEAM Azərbaycan layihəsinin universitetlərdə tətbiqinə başlanıb

26-09-2024

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

24-09-2024

STEAM İnnovasiya Mərkəzinə infotur

23-02-2023

Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

29-10-2024

Naxçıvanlı şagirdlər VII Robot Olimpiadasında qalib olublar

22-09-2024

ADPU-da “STEAMLAND”ın açılışı olub

12-09-2024

Bakı Şəhəri üzrə 215 məktəbdə STEAM layihəsi tətbiq edilib

13-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə