«Azercell» şirkəti yeni kampaniyaya başlayır

30-11-2009 / 15:43

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti dekabrın 2-dən «DNS Kompüterləri» şirkəti ilə birgə kampaniyaya başlayacaq.

Şirkətdən  verilən məlumata görə, kampaniya çərçivəsində «DNS Kompüterləri» şirkətindən portativ kompüter (noutbuk, netbook) və ya desktop əldə edən abonentə hədiyyə olaraq «Azercell Datakart», «Azercell Fakturalı Xətt» nömrəsi və 12 faktura dövrü ərzində hər 30 təqvim günü üzrə 100 MB həcmdə GPRS DATA trafikindən pulsuz istifadə etmə imkanı veriləcək.

Hər müvafiq 30 təqvim günü ərzində hədiyyə verilən GPRS DATA trafikindən artıq istifadə olunan hər 1 MB üçün 0,07 manat məbləğində xidmət haqqı tətbiq ediləcək.

Xatırladaq ki, «Azercell» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,7 mln. abunəçiyə xidmət göstərir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.