Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (YATA) 2027-ci ilin yazında Ayın kəşfiyyatı proqramlarında iştirak etmək üçün yeni astronavt qəbuluna başlayacaq.
Xeberler.az bildirir ki, bu barədə Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Astronavtlar dəstəsinə qəbul edilməsi planlaşdırılan namizədlərin sayı hələlik dəqiqləşdirilməyib.
Müsabiqədə iştirak etməyə yalnız təbiət elmləri və ya texniki təhsilli mütəxəssislər deyil, həm də humanitar ixtisasların nümayəndələri buraxılacaqlar. Bu yanaşma Ayın kəşfiyyatı proqramlarının həyata keçirilməsinə müxtəlif profilli mütəxəssislərin cəlb edilməsi zərurəti ilə əlaqədardır.
Namizədlərin sağlamlıq vəziyyəti ilə bağlı tələblər də yumşaldılıb. Bununla belə, iddiaçılar yaxşı görmə, eşitmə və çevik reaksiya qabiliyyətinə malik olmalıdırlar.
Müsabiqə seçimi dörd mərhələdə keçiriləcək. Bütün sınaqlardan müvəffəqiyyətlə keçən namizədlər xüsusi hazırlığa başlayacaqlar.
2021-ci ildə elan olunmuş qəbul zamanı müsabiqədə iştirak etmək üçün dörd mindən çox şəxs müraciət etmiş, onlardan iki namizəd seçilmişdi.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları