«Azerfon-Vodafone ilə Futbol üzrə Dünya Çempionatı» viktorinasının qalibləri elan olunub

08-07-2010 / 12:05

Bu gün «Azerfon-Vodafone» ilə Futbol üzrə Dünya Çempionatı» viktorinası qaliblərinin təqdimetmə mərasimi keçirilib.

Tədbir zamanı «Azerfon» MMC-nin Korporativ Əlaqələr departamentinin rəhbəri Elşad Fərzəliyev qeyd edib ki, «Azerfon-Vodafone» ən yeni mobil operator olmasına baxmayaraq, gündən-günə artan abunəçilərinə 3G kimi qabaqcıl texnologiyaya əsaslanan xidmətlər təqdim edir: «Biz çalışırıq ki, abunəçilərimiz xidmətlər və imkanların ən yaxşısına sahib olsunlar. Elə bu məqsədlə də abunəçilərimizi Futbol üzrə Dünya Çempionatına göndərdiyimiz üçün fəxr edirik».

«Azerfon-Vodafone» adından Brendin tanıtdırılması və marketinq ünsiyyət vasitələri üzrə menecer Nigar Arpadarai qeyd edib ki, «Azerfon-Vodafone» viktorinasında iştirak edən 077 və 070 abunəçiləri yay mövsümündə Cənubi Afrikada keçirilən Futbol üzrə Dünya Çempionatına səyahət etmək üçün bu ilin may 12-dən iyul ayının 4-dək 7777 nömrəsinə SMS göndərərək viktorinanın qalibi olub və ecazkar səfər paketi qazanıblar.

Qeyd olunub ki, viktorinanın gündəlik və həftəlik qalibləri olan abunəçilər müxtəlif hədiyyələr qazanaraq, 3G Netbook, 3G mobil telefon və 3G VMC modem + Azerfon-Vodafone nömrələri + 1 GB həcmində İnternet-trafik sahibi olublar.

Daha sonra mərasim iştirakçıları Final mərhələsinə bilet qazanan qalibləri təbrik edərək onlara hədiyyələrini təqdim etdilər.

mənbə:APA


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.