Previous Next
Bağla

«Bakcell» Korporativ Sosial Məsuliyyət üzrə yeni proqrama start verib

23-07-2009 21:06
«Bakcell» Korporativ Sosial Məsuliyyət üzrə yeni proqrama start verib

Azərbaycanın aparıcı mobil operatorlarından olan Bakcell şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) üzrə fəaliyyəti çərçivəsində yeni proqrama rəsmən start verib. Bakcell öz xeyriyyə fəaliyyətini Azərbaycanın uşaqlarına yönəldəcək. Bakcell təşkilatlara yardım edəcək və əlavə qayğıya ehtiyacı olan uşaqlara kömək göstərmək məqsədi daşıyan layihələri gerçəkləşdirəcək.

Öz yeni proqramı çərçivəsində Bakcell uşaqlarla işləyən ən tanınmış xeyriyyə təşkilatlarından biri olan “SOS Children’s Villages-Azerbaijan”la saziş imzalayıb. Bu təşkilat ölkə ərazisində uşaqların yaşayıb tərbiyyə alan bir neçə ixtisaslaşdırılmış “kənd” yaradıb. SOS uşaq kəndləri – yetim uşaqların və valideyn himayəsiz qalan uşaqların uzunmüddətli tərbiyyəsinin ailə formasıdır.

Bakcell və SOS Children’s Villages-Azerbaijan arasında sazişin imzalanması mərasimi Bakının SOS kəndində keçirilib. Mərasimdə çıxış edən Bakcell-in baş direktoru İneke Botter bunları deyib: «Bizim düşünülmüş və dəqiq KSM-strategiyamız var. Biz pərakəndə və təsadüfi xeyriyyə layihələrlə məşğul olmuruq. Əminik ki, uşaqlarımız bizim gələcəyimizdir. Məhz buna görə də Bakcell Azərbaycanın uşaqlarına öz potensialını və istedadını nümayiş etdirməyə kömək göstərəcək». İneke Botter həmçinin yeni KSM-proqramının rəsmi atributunu - onun loqotipi və adını – “Bakcell Stars”ı təqdim edib.

Bakcell SOS Bakı kəndində yaşayan uşaqlardan ibarət xorun yaradılmasında yardım göstərmək niyyətindədir. Bu məqsədlə Bakcell uşaqlar üçün vokal incəsənət dərslərini təşkil edəcək. Gələcəkdə Bakcell-in təşkilində iştirak edəcəyi müxtəlif tədbirlərdə yaradılan xorun çıxışı gözlənilir.

Mərasimdə iştirak edən “SOS Children’s Villages-Azerbaijan”ın rəhbəri Fərqanə Məmmədova bunu bildirib: “Biz sevinirik ki, gördüyümüz iş Bakcell şirkətinin KSM-strategiyasının ruhuna və ümumiyyətlə Bakcell-in baxışına uyğundu”». Fərqanə Məmmədovanın sözlərinə görə, o, öz xarici həmkarlarından İneke Botterin dünyanın digər bölgələrində də SOS-kəndlərinə dəstək göstərdiyini öyrənib.

Tədbir zamanı SOS kəndindən olan uşaqlar Azərbaycanın milli rəqslərini nümayiş etdiriblər və şerlər oxuyublar. İneke Botter SOS kəndində olan ailələrin birinə baş çəkib, uşaqlar və onların ögey valideynləri ilə söhbətləşib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21-09-2010

“Bakcell Stars” sms kampaniyası başa çatdı

25-11-2010

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

Bakcell sosial yönümlü layihəyə start verdi

21-09-2009

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

Bakcell yeni layihəyə başlayıb

01-06-2016

“Bakcell”in rəhbəri dəyişdi

08-02-2011

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

10-06-2019

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07-09-2010

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell və AIESEC təşkilatı gənclər üçün təcrübə mübadiləsi proqramına başladı

12-11-2010

Bakcell layihəsinə yekun vurub

18-10-2016

Biznes qurmaq istəyən gənclərə Bakcell-dən növbəti dəstək

29-10-2018

Bakcell Şəkidə xidmət mərkəzi istifadəyə verib

09-09-2009

Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

02-01-2011

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

19-11-2010

«Gəlin Birgə oxuyaq» adlı kitab aksiyasına start verildi

22-09-2009

“Bakcell” yeni layihəyə start verib

24-12-2010

Bakcell-in rəhbəri də nüfuz sahibi oldu

07-12-2010

Bakcell şirkəti diler şəbəkəsi vasitəsilə öz xidmətlərini genişləndirir

14-12-2010

Şirvan şəhərində Bakcellin Satış və müştəri xidmətləri Mərkəzini açılıb

13-06-2009

Bakcell-in dəstəyilə daha iki gənc kiçik biznes qurdu

31-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə