Previous Next
Bağla

Bakcell-in dəstəyilə daha iki gənc kiçik biznes qurdu

31-05-2018 18:33
Bakcell-in dəstəyilə daha iki gənc kiçik biznes qurdu

Xeberler.az bildiri ki, Bakcell şirkətinin SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası İctimai Birliyi ilə həyata keçirdiyi layihə sayəsində daha iki gənc öz kiçik biznesini qurub. Gəncədə işə başlayan gənclər SOS Uşaq Kəndləri-nin himayəsində böyüyüblər.

Bakcell-in dəstəyi sayəsində icra olunan Gənclərin Karyera və İnkişaf Mərkəzi layihəsində öz biznes planı ilə fərqlənmiş layihələrdən birinin – Meyvə bazarı dükanının açılışı Gəncə şəhərində baş tutub. Şirkət SOS Uşaq Kəndlərinin himayəsində böyümüş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb.

Bu gənclər öz bacarıqları və əzmləri ilə böyük uğura imza atıblar. Bakcell şirkəti olaraq, bu uğurun bir parçası olmaqdan qürur duyuruq. İnanırıq ki, pilot layihəmizdə iştirak edən gənclərin göstərdiyi nəticə başqa gənclər üçün də gözəl nümunə olacaq, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

Layihə çərçivəsində biznes planın hazırlanması üzrə təlim keçən, Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov Bakcell şirkətinin bu layihədə iştirakını yüksək dəyərləndirib: "Uzun illərdir ki, Azərbaycanda müxtəlif layihələr çərçivəsində gənclərin biznes ideyalarının reallaşmasına dəstək göstəririk. Mən çox sevinirəm ki, yerli təşkilatlar və bizneslər arasında ilk olaraq Bakcell şirkəti ölkədə gənclərin sahibkarlığına bu şəkildə dəstək göstərdi."

Yeni dükanın sahibləri Kamran Hüseynov və Mahal Quliyev Gəncə şəhərində bir müddət meyvə-tərəvəz ticarəti ilə məşğul olub və bu işi yaxşı mənimsəyiblər. Layihə ideyasının qiymətləndirilməsində əsas meyarlardan biri də onların bu sahədəki təcrübəsi olub.

Kamran Hüseynov çox çalışaraq, onlara göstərilən etimadı doğruldacaqlarını bildirib: "Öz biznesinə başla və təkmilləşdir layihəsi bizim üçün çox faydalı oldu. Bizim bu sahədə təcrübəmizi var idi, lakin təlimlər vasitəsilə öz bilik və bacarıqlarımızı inkişaf etdirdik. Eyni zamanda, öz biznesimizi qurmaq üçün bizə maliyyə vəsaitinin ayrılmasını çox yüksək dəyərləndiririk."

Qeyd edək ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində SOS Uşaq Kəndləri –Azərbaycan Assosiasiyasının himayəsində olan 15 gənc Öz biznesinə başla və təkmilləşdir adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdirilib. Bu biznes layihələri Bakı şəhərində “Floristika gül dükanı” və “Çay evi”, Gəncə şəhərindən isə “Meyvə bazarı” layihələridir.

Xatırladaq ki, Bakcell şirkəti 2009-cu ildən etibarən SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Biznes qurmaq istəyən gənclərə Bakcell-dən növbəti dəstək

29-10-2018

Bakcell biznes qurmaq istəyən gənclərə dəstək olur

23-04-2018

Bakcell gənclərlə bağlı layihənin ikinci mərhələsinə başladı

21-06-2017

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

18-08-2022

Bakcell biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb

18-11-2017

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell yeni layihəyə başlayıb

01-06-2016

“Bakcell Stars” sms kampaniyası başa çatdı

25-11-2010

Bakcell layihəsinə yekun vurub

18-10-2016

“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21-09-2010

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

10-06-2019

Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

13-07-2015

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

15-07-2023

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Azercell-in dəstəyi ilə "SOS Uşaq Kəndləri-Azərbaycan"-ın yetirmələri üçün yay düşərgəsi təşkil olunub

10-08-2023

«Bakcell» Korporativ Sosial Məsuliyyət üzrə yeni proqrama start verib

23-07-2009

Bakcell və AIESEC təşkilatı gənclər üçün təcrübə mübadiləsi proqramına başladı

12-11-2010

Bakcell-dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

02-04-2018

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

15-04-2024

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017

Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

06-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə