Previous Next
Bağla

Biznes qurmaq istəyən gənclərə Bakcell-dən növbəti dəstək

29-10-2018 17:55
Biznes qurmaq istəyən gənclərə Bakcell-dən növbəti dəstək

Bakcell “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə maliyyə vəsaiti ayırmağa davam edəcək. Bu istiqamətdə həyata keçiriləcək növbəti layihə çərçivəsində gənclər üçün müvafiq təlimlər keçiriləcək, ən yüksək nəticələr göstərən biznes layihələr isə “Bakcell”dən maliyyə dəstəyi alacaq.

Qeyd edək ki, ötən il ilk dəfə “Bakcell”in dəstəyi sayəsində icra olunan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində iştirak edən 3 nəfər gənc öz kiçik biznesini qurmaq imkanı əldə edib. Bunun üçün 15 nəfər gənc “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası tərəfindən təşkil olunan “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdirilib.

Layihənin uğurlu nəticələrini nəzərə alaraq Bakcell şirkəti gənclərin biznes ideyalarını reallaşdırmağa yönəlmiş fəaliyyətini davam etməyə qərara alıb. Təlimlərdə uğurla keçən gənclər biznes plan hazırlayaraq onu qiymətləndirməyə təqdim edəcəklər. Qiymətləndirmə zamanı biznes planın düzgün hazırlanması, ideyanın real bazar şərtlərində özünü doğrultma perspektivi, müraciət edənin təcrübəsi və sosial durumu nəzərə alınacaq.

“Bakcell şirkətinin həyata keçirdiyi geniş-miqyaslı korporativ sosial məsuliyyət proqramının əsas istiqamətlərindən biri də ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahının yaxşılaşdırılmasıdır. Sevindirici haldır ki, bu əməkdaşlıq davamlı xarakter daşıyır və biz gənclərimizin böyük uğurlara imza atmasına dəstək göstərməkdən qürur duyuruq”, deyə Bakcell
şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib

Xatırladaq ki, Bakcell şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell biznes qurmaq istəyən gənclərə dəstək olur

23-04-2018

Bakcell-in dəstəyilə daha iki gənc kiçik biznes qurdu

31-05-2018

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

Bakcell biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb

18-11-2017

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

18-08-2022

Bakcell gənclərlə bağlı layihənin ikinci mərhələsinə başladı

21-06-2017

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell yeni layihəyə başlayıb

01-06-2016

“Bakcell Stars” sms kampaniyası başa çatdı

25-11-2010

Bakcell layihəsinə yekun vurub

18-10-2016

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

10-06-2019

“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21-09-2010

Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

13-07-2015

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

15-07-2023

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Bakcell-dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

02-04-2018

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017

Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

06-06-2018

Bakcell növbəti karyera sərgisinə qatılıb

22-05-2018

Bakcell beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib

17-04-2019

«Bakcell» Korporativ Sosial Məsuliyyət üzrə yeni proqrama start verib

23-07-2009

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə