“Anthropic” şirkətinin səhmləri rekord səviyyəli ilkin kütləvi təklifdən (IPO) sonra ilk ticarət günündə 17 faiz bahalaşsa da, birja bağlandıqdan sonrakı əməliyyatlarda 5 faiz ucuzlaşıb. Şirkətin yüksək bazar dəyəri, rəqabətin güclənməsi və qiymətqoyma imkanlarının zəifləməsi süni intellektə investisiya qoyuluşlarının davamlılığı ilə bağlı narahatlıqları artırıb. Bu proseslər fonunda “Apple” şirkəti istifadəçilərin tapşırıqlarını onların adından yerinə yetirə biləcək avtonom süni intellekt agenti hazırlayır. Bununla da şirkət “OpenAI”, “Anthropic”, “Meta” və digər texnologiya nəhənglərinin fəaliyyət göstərdiyi sürətlə inkişaf edən bazara daxil olmağa hazırlaşır.
Xeberler.az məlumat verir ki, “Apple” planlarını bu həftə internet saytında yerləşdirdiyi vakansiyalar vasitəsilə açıqlayıb. İş elanlarından birində şirkətin proaktiv süni intellekt köməkçisi üzərində çalışacaq mühəndislik üzrə baş menecer axtardığı bildirilir. Elana əsasən, hazırlanacaq sistem istifadəçinin adından proqram kodu yaza, internetdə axtarış apara, tətbiqləri idarə edə və müxtəlif cihazlarda əməliyyatlar həyata keçirə biləcək.
“Apple”ın bu addımı “Meta” şirkətinin “Muse” adlı alətinin son aylarda istehlakçılar arasında maraq doğurmasından sonra atılır. Sözügedən alət restoranlarda masa rezervasiyası etmək, səyahət planları hazırlamaq və xəbərləri ümumiləşdirmək kimi imkanlara malikdir. Eyni zamanda, süni intellektin “Mac” kompüterlərini idarə etməsinə və proqram təminatı hazırlamasına imkan verən alətlərin sayı da sürətlə artır.
“Anthropic” şirkəti bu yaxınlarda öz agenti “Duet”in istifadəçi sınaqlarını genişləndirib, “OpenAI” isə “Dots” platformasının imkanlarını artırıb. “Alphabet” şirkətinin “Google” bölməsi də bu həftə “Tasks” adlandırdığı agentini yeniləyib. “Apple”ın hazırladığı platformanın da əməliyyat sistemlərinin interfeysində avtonom şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulur.
Şirkət xüsusilə “ChatGPT” və “Muse” kimi alətlərin “Mac” kompüterlərini idarə etməsinə imkan verən texnologiyalara bənzər, ümumi təyinatlı kompüter idarəetmə agentləri hazırlayır.
Məxfilik məsələsi də layihənin əsas prioritetlərindən biridir. “Apple”ın bildirdiyinə görə, istifadəçinin adından kod icra edə, giriş məlumatlarından istifadə edə və müxtəlif əməliyyatlar həyata keçirə bilən süni intellekt agentləri güclü icazə mexanizmləri, təhlükəsizlik tədbirləri və şəffaflıq tələb edir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları