“Anthropic” şirkətinin səhmləri birjaqabağı əməliyyatlarda ilkin kütləvi təklif (IPO) qiyməti olan 83 dollardan aşağı enib. Beləliklə, şirkətin rekord həddə çatan səhmlərinin ilkin kütləvi təklifinə böyük maraq göstərən investorların əldə etdiyi gəlirlər silinib.
Xeberler.az məlumat verir ki, Nyu-York birjasında günün erkən əməliyyatları zamanı şirkətin səhmləri 7,3 faizədək ucuzlaşaraq 81,28 dollara düşüb. Sonrakı əməliyyatlarda isə səhmlərin qiyməti dəyişkən dinamika nümayiş etdirib. Aparıcı süni intellekt şirkətinin birjada debütü investorlar tərəfindən böyük coşqu ilə qarşılanmış, səhmlərin qiyməti ticarətin ilk günündə qısa müddətə 100 dolları ötmüşdü.
Anthropic şirkətinin ilkin kütləvi təklifinə tələb təklif olunan səhmlərin sayını dəfələrlə üstələyib. 500 milyard dolları xeyli aşan investor tələbi şirkət və onun yeddi təsisçisi üçün ümumilikdə 119,5 milyard dollar gəlir təmin edib.
“Bloomberg”in məlumatına görə, “Anthropic”in IPO-su çərçivəsində səhm almaq üçün müraciət edən institusional investorların yarıdan çoxu istədikləri səhmləri əldə edə bilməyib. Səhm bölgüsündə əsas üstünlük ABŞ-də yerləşən investorlara verilib. Mənbələrin bildirdiyinə görə, təxminən 1200 institusional investor səhm almaq üçün sifariş təqdim edib.
Şirkətin proqram təminatı hazırlayan mütəxəssislər üçün təqdim etdiyi “Claude Code” kodlaşdırma agenti kimi məhsullarının sürətlə yayılması, eləcə də oktyabrın sonunda illik gəlir tempinin 81 milyard dollara çatması investorlar üçün əsas cəlbedici amillərdən olub.
Bununla belə, investorlar şirkətin 2045-ci ilədək təxminən 901 milyard dollara çatacağı gözlənilən öhdəlik götürülmüş xərclərini nəzərə almayıblar.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları