Apple ilk Android proqramını Beats Music üçün tətbiq edir

06-02-2015 / 11:34

Ötən il 3 milyard dollarlıq bir razılaşma ilə Beats-i alan Apple şirkətin online musiqi xidməti olan Beats Music-i Spotify, Amazon və YouTube Music Key-lə bu sahəyə giriş edən Google-a rəqib olacaq şəkildə yeni bir proqram kimi inkişaf etdirir.

Apple-ın Beats Music ilə əlaqədar planları detallı bir şəkildə ortaya qoyulub. Bu detallar arasında ən çox diqqət çəkənlərdən biri də Apple-ın tarixində ilk dəfə Android üçün proqram tətbiq etməsini qarşıya qoymasıdır.

Apple Beats Music tətbiqini yalnız iPhone deyil, iOS, iTunes və Apple TV-yə inteqrasiya etdirir. Şirkət iPad, iPhone və iPod touch üçün Music tətbiqlərinin Beats ilə gücləndirilmiş versiyalarını hazırlayır. Apple iTunes-un PC / Mac tətbiqinə də Beats funksiyalarını əlavə edir. Şirkət yeni bir Apple TV tətbiqi üzərində də çalışır.

Apple istifadəçilərinin musiqi kitabxanalarını əsas götürən Beats Music tətbiqinə əlavə edəcəyi yeni axtarış funksiyası iTunes / Beats kataloqundan istədiyi mahnının tapılmasını təmin edəcək. İstifadəçilər istəsələr, musiqilərini cihazlarında ya da buludda tuta biləcək. Apple-ın Beats-in sosial şəbəkə (istifadəçilərin bir-birini təqib etməsi) xüsusiyyətlərinin də istifadə olunmasına davam edə biləcəyi qeydlər arasındadır.

Apple-ın qara-qırmızı dizaynı öz xəttiylə daha uyğun hala gətirməsi böyük ehtimaldır. Yeni tətbiqin interfeys dizaynı da Apple-a aid olacaq.

Proqramın bazara çıxarılma tarixi isə hələlik məlum deyil

Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə