Previous Next
Bağla

“AZƏRBAYCANDA SÖZ AZADLIĞI” HESABATI AÇIQLANIB

22-09-2010 19:28
“AZƏRBAYCANDA SÖZ AZADLIĞI” HESABATI AÇIQLANIB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azərbaycanda söz azadlığı” adlı hesabatını açıqlayıb. 2010-cu ilin ilk 7 ayını əhatə edən hesabatda bu müddət ərzində ölkədə medianın və söz azadlığının ümumi mənzərəsi, böhtan və diffamasiya işləri və KİV-ə qarşı digər iddialar, jurnalistlərə və media qurumlarına qarşı hücumlar, təxribatlar, zorakılıq və hədələr, jurnalistlərin qaldırdığı iddialar, dövlət qurumlarının hərəkətsizliyi ilə bağlı iddialar və s. əksini tapıb. Hesabatda RATİ-nin tövsiyələri də təqdim olunub.

Hesabata görə, 2010-cu ilin 7 ayı Azərbaycanın müstəqil kütləvi informasiya vasitələri (KİV) və media nümayəndələri üçün problemlərlə müşahidə olunub. Belə ki, bu müddət ərzində Cinayət Məcəlləsinin həbs nəzərdə tutan 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məhkəmələrdə 11 iddia qaldırılıb. Bu iddialardan 2-si icraata götürülmədən rədd edilib, 2-si isə təmin edilməyib. Beynəlxalq və yerli təşkilatlar “Diffamasiya haqqında” Qanunun qəbul edilməsi üçün çağırışlar etsələr də, hakimiyyət hələ də bu məsələni ləngidir. Bu səbəbdən də jurnalistlər yenə də hər an həbs təhlükəsi ilə yaşayırlar.

Hesabatda həmçinin qeyd olunub ki, jurnalistlərin qaldırdıqları iddia və ya məhkəmə qərarlarından verdikləri şikayətlərin əksəriyyəti 2010-cu ilin ilk 7 ayı ərzində də təmin edilməyib. Dövlət qurumlarının hərəkətsizliyi (informasiya sorğusuna cavab verilməməsi, ictimai birliklərin qeydə alınmaması və s.) ilə bağlı media və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən qaldırılmış iddialar da çox zaman nəticəsiz qalıb. Jurnalistlərin peşə fəaliyyətinə mane olma, fiziki və mənəvi təzyiqlər göstərmə halları 2010-cu ilin 7 ayı ərzində də aktual olub.

Tələbə-jurnalist Elmin Bədəlov təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyası barədə yazdığı tənqidi “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqaləyə görə 19 yanvar tarixində bu ali məktəbdən qovulub. “SalamNews” agentliyinin müxbiri Zülfüqar Xeyirxəbər, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Yeni Müsavat” qəzetinin əməkdaşı Leyla İlqar, RATİ-nin əməkdaşı Mehman Hüseynov, ANS və ATV telekanallarının çəkiliş qrupları, “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlov, “Milli yol”  qəzetinin və “Poliqon” informasiya agentliyinin (pia.az) redaktoru Anar Gəraylı və digər jurnalistlər peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqlərə məruz qalıblar.
Sonda RATİ Azərbaycan hökumətinə, jurnalistlərə və beynəlxalq təşkilatlara tövsiyələr ünvanlayıb.

Hökumətə ünvanlanan tövsiyələr sırasında Azərbaycanda ədalətsiz həbs olunmuş jurnalistlərin dərhal azadlığa buraxılması, diffamasiyaya görə məsuliyyəti nəzərdə tutan maddənin ləğvi, jurnalistlərin əleyhinə fiziki hücum və hədələrdə iştirak edənlərin və bu işdə məsuliyyət daşıyanların cəzalandırılması, xarici radiostansiyaların yerli FM tezliyində yayımının bərpası, mərhum baş redaktor Elmar Hüseynovun qatilləri və bu qətlin sifarişçilərinin tapılaraq cəzalandırılması, qanunlarda KİV-in fəaliyyətini məhdudlaşdıran mürtəce əlavə və dəyişikliklər ləğv edilməsi kimi bəndlər yer alıb.

Qurum xarici ölkələrə və beynəlxalq təşkilatlara tövsiyəsində isə onların Azərbaycan hökumətindən mətbuat azadlığı, ifadə azadlığı və insan haqları sahəsində öhdəsinə düşən vəzifələrin yerinə yetirməsini, ədalətsiz həbs edilmiş 3 jurnalistin azadlığa buraxılmasını, Azərbaycan jurnalistlərinə qarşı törədilmiş qətl, hücum və hədələnmə hallarının üstünün açılması tələb edilməsini bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Söz Azadlığı mövzusunda milli konfrans keçirib.

01-05-2012

Azərbaycanda söz azadlığı sahəsində geriləmə müşahidə olunur

28-10-2009

Jurnalistlərə və blogerlərə 3 min 800 manat həcmində maliyyə yardımı ayrıldı

07-12-2010

Yeni media təşkilatı yaranır

15-10-2009

İranda KİV nümayəndələrinə təzyiqlər səngimək bilmir

23-06-2009

Mikloş Haraşti Azərbaycanda söz azadlığının durumundan narahatdır

15-10-2009

AŞ Azərbaycanda Diffamasiya haqqında qanun layihəsinin qəbulunu vacib hesab edir

17-11-2009

ANS və “Yeni Müsavat” barışıq sazişi imzaladı

08-10-2009

Cənub bölgəsində jurnalistlərin hüquqi maarifləndirilməsi layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

03-11-2009

Azərbaycan Parlamenti "Diffamasiya haqqında" qanun layihəsini qəbul etməyə hazırdır.

02-07-2010

Mətbuat Şurası tələbələr üçün təlim kursları keçir

02-12-2009

Mətbuat Şurası jurnalistlər üçün təlim kursu keçirir

18-12-2009

Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib

14-10-2009

“Gündəlik Bakı” qəzetinə qarşı məhkəmə prosesi keçirilib

21-10-2009

“KİV-in iqtisadi tənzimlənməsi: KİV menecmenti və marketinqi” mövzusunda təlim kursu keçirilib

19-12-2009

Mətbuat Şurası “KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılması” mövzusunda təlim kursu keçirib

14-12-2009

Prezidentə "Jurnalistlərin dostu" mükafatı təqdim olunub

30-12-2010

İnformasiya almaq və yaymaq hüququ ilə bağlı seminar keçirilib

20-05-2010

“İnternet portallara dövlət yardımları ayrılmalıdır”

06-03-2013

Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd etdi

31-10-2009

Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə edilib

28-10-2009

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq

01-12-2008

Azərbaycanda KİV-ə maliyyə dəstəyi müsabiqəsinin nəticələri açıqlanıb

01-09-2009

“Jurnalistlər üçün düşərgə” adlı təlim kursunun açılışı keçirilib

06-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə