Previous Next
Bağla

“AzInTelecom” MMC və “Oracle” şirkəti tərəfdaş oldu

19-05-2022 18:47
“AzInTelecom” MMC və “Oracle” şirkəti tərəfdaş oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ABŞ-ın məşhur “Oracle” beynəlxalq texnologiyalar korporasiyası ilə tərəfdaş oldu. Tərəfdaşlığa əsasən, “AzInTelecom” Azərbaycanın orta və böyük biznes seqmenti üçün digər rəqəmsal həllərlə yanaşı, “Oracle” məhsulları da təqdim edəcək.

Xeberler.az bildirir ki, rəqəmsal transformasiya fonunda genişlənən məlumat toplusunun analizinin çətinləşməsi, məlumatların emalı zamanı yaranan vaxt itkisi qərar qəbuletmə və manevr imkanlarını məhdudlaşdırır. “Oracle” şirkətinin təqdim etdiyi həllər məhz bu kimi problemləri aradan qaldırmağa imkan yaradır. Böyük həcmli verilənlərin emalı üçün dünyada ən qabaqcıl həlləri təklif edən şirkətin məhsulları ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.

“Oracle” məhsullarından istifadə qurumlara iş səmərəliliyini daha da artırmağa, maliyyə xərclərinə böyük həcmdə qənaət etməyə imkan yaradacaq. Məlumatların emalının effektivliyini daha da artırmaq məqsədilə şirkətin sektorlar üzrə həllər paketi də mövcuddur. Bu özəllik qurumların informasiya sistemlərinin “Oracle” həllinə daha operativ şəkildə inteqrasiyasını mümkün edir.

Bulud xidmətləri, beynəlxalq səs trafiki, rəqəmsal biznes həllər və mərkəzləşdirilmiş informasiya sistemləri üzrə xidmət göstərən “AzInTelecom” MMC-nin “Oracle” şirkəti ilə tərəfdaşlığı yeni imkanlara yol açacaq.

“Hökumət buludu”na Keçid Planına əsasən, informasiya sistemlərini “AzInTelecom” MMC-yə məxsus “AZCLOUD” Data Mərkəzinə miqrasiya etmiş qurumlar üçün bu tərəfdaşlığın növbəti mərhələsi daha səmərəli olacaq. Belə ki, məlumatların toplanması, emalı və çevik qərar vermə prosesinin təmini lisenziyalı və təhlükəsiz proqram təminatından əlavə yüksək peşəkar kadrların, ciddi vəsaitlərin cəlbini tələb edir. “Hökumət buludu”na Keçid Planının məqsədlərindən biri də məhz informasiya texnologiyalarına çəkilən xərclərin optimallaşdırılmasıdır. “AzInTelecom” MMC və “Oracle” arasındakı tərəfdaşlıq “AZCLOUD” Data Mərkəzinə miqrasiya etmiş qurumlar üçün “Oracle” həllərinin daha optimal vəsaitlə əldə edilməsinə şərait yaradacaq.

Bu əməkdaşlıq Azərbaycanda yeni, lakin böyük tələbat olan məlumat emalı istiqamətinin inkişafına, bu sahə üzrə mütəxəssislərin yetişməsinə, eləcə də böyük həcmli verilənlərin emalı üzrə ən qabaqcıl təcrübəni mənimsəməyə şərait yaradacaq.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Oracle və "Hökumət buludu" tərəfdaş oldular

Oracle və "Hökumət buludu" tərəfdaş oldular

20-05-2022
“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022
“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022
İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

08-07-2022
Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

26-10-2022
Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

07-09-2022
“Azalternativenerji” MMC informasiya sistemlərini “Hökumət buludu”na köçürür

“Azalternativenerji” MMC informasiya sistemlərini “Hökumət buludu”na köçürür

19-09-2022
İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023
AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

07-12-2019
“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb

06-02-2025
SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb

SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2025
Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022
“AzInTelecom” lisenziyaların alınmasına 5 milyon manatdan artıq pul xərcləyəcək

“AzInTelecom” lisenziyaların alınmasına 5 milyon manatdan artıq pul xərcləyəcək

22-08-2023
Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-03-2026
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2026
Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

29-05-2024
“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

27-12-2022
Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

03-06-2022
Məlumat Hesablama Mərkəzi və “AzInTelecom” MMC birləşdirilib

Məlumat Hesablama Mərkəzi və “AzInTelecom” MMC birləşdirilib

28-12-2021
Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb

Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-02-2026
Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

17-08-2023
Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

19-12-2022
AYNA informasiya sistemlərini “Hökumət Buludu”na köçürüb

AYNA informasiya sistemlərini “Hökumət Buludu”na köçürüb

10-12-2025
MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə