Previous Next
Bağla

Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

03-06-2022 22:34
Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonası istifadəyə verilib və kommersiya fəaliyyətinə başlayır.

 

Xeberler.az bildirir ki, əlçatanlıq zonaları bulud xidmətlərinin göstərildiyi müxtəlif data mərkəzlərini əhatə edən təcrid edilmiş infrastrukturdur. Bu infrastruktur vasitəsilə bizneslər öz maraqlarına müvafiq olaraq son istehlakçıya yaxınlıq, replikasiya, gecikmə və ya məlumatların qorunması xidmətlərindən faydalana bilərlər. “AzInTelecom” MMC-nin Yevlaxda inşa etdiyi Əlçatanlıq Zonası şirkətin Bakıda yerləşən data mərkəzi kimi “Tier III” beynəlxalq uyğunluq, biznesin davamlılığını idarəetmə sistemi üzrə “ISO 22301”, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartı sertifikatlarına malikdir.

 

Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən Yevlax Əlçatanlıq Zonasının bütün kritik infrastrukturu “1+1” prinsipi ilə inşa edilib. Konteyner tipli infrastruktur alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemləri ilə təchiz edilib. Zonanın mobil tipli layihələndirilməsinin əsas üstünlüyü daşına bilmə xüsusiyyətinə malik olmasıdır. Bu da fövqəladə hallar zamanı məlumatlar saxlanılan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə daha etibarlı əraziyə daşınmasına imkan verir.

 

Bakı Data Mərkəzinin bütün xidmətləri Yevlax Əlçatanlıq Zonasında da təqdim ediləcək və bizneslərin tələbindən asılı olaraq həm əsas, həm də rezerv data mərkəzi kimi istifadə oluna biləcək.

 

Əlçatanlıq Zonası yalnız cari müştərilər üçün deyil, eyni zamanda informasiya sistemlərini “AZCLOUD”a miqrasiya etməmiş müştərilər üçün də rezerv data mərkəzi rolunu oynayacaq.

 

Burada bulud xidmətləri, biznes həlləri, mərkəzləşmiş informasiya sistemləri və beynəlxalq səs trafiki xidmətləri təqdim ediləcək. Həmçinin fövqəladə hallarda müştərilər informasiya sistemlərinin fasiləsiz fəaliyyətini həyata keçirmələri üçün “DRaaS” (fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması) xidməti ilə təmin olunacaq. Bununla da bizneslər təbii fəlakətlər və müxtəlif antropogen insidentlərin təsirindən daha çevik yayınacaq və daha yüksək dayanıqlılıq nümayiş etdirəcəklər. “DRaaS” xidməti istifadəçiləri öz informasiya infrastrukturunu 2 müxtəlif coğrafi məkanda eyni real zaman rejimində aktiv-passiv və ya aktiv-aktiv statusunda istifadə edə biləcəklər. Bundan əlavə “DRaaS” xidməti vasitəsilə tətbiq ediləcək həllər müştəriləri xərclərin azalmasına və daxili resursların daha səmərəli istifadəsinə yönəldərək bizneslərin mövcud bazar konyukturasına daha uyğun dəyər yaratmasına səbəb olacaq.

 

Hazırda Yevlax Əlçatanlıq Zonası vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını təmin edən İMS tipli stansiya sistemlərinin coğrafi rezervlənməsi də həyata keçirilir.

 

Əlçatanlıq Zonasının keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi müştərilər üçün informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa, maliyyə xərclərinə böyük həcmdə qənaət etməyə imkan yaradacaq.

Qeyd edək ki, “AZCLOUD” Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda “Tier III” uyğunluq, biznesin davamlılığını idarəetmə sistemi üzrə “ISO 22301”, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartı sertifikatına sahib ilk və ən böyük Əlçatanlıq Zonasıdır. 

 

“AZCLOUD” üzrə dövlət orqanlarına və özəl sektora genişmiqyaslı, eləcə də çoxşaxəli bulud xidmətləri təqdim edilir. Bu xidmətlərə “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022

Nazir Rəşad Nəbiyev Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonasının fəaliyyəti ilə tanış olub

16-06-2022

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

05-03-2021

İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

08-07-2022

Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

07-09-2022

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022

“Azalternativenerji” MMC informasiya sistemlərini “Hökumət buludu”na köçürür

19-09-2022

Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

26-10-2022

“AzInTelecom” MMC-nin Əlçatanlıq zonaları 3 beynəlxalq standart üzrə sertifikasiya auditindən uğurla keçdi  

14-07-2022

“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

30-06-2021

Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

01-08-2022

“Bakı Fond Birjası”məlumatlarını hökumət buluduna etibar edib

29-09-2022

Yeni yaradılacaq Data Mərkəzi üçün TIER 3 sertifikatı alınıb

07-10-2019

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022

“AzInTelecom” ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalanıb

05-04-2023

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

17-08-2023

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020

“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

05-03-2020

ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

26-07-2023

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə