Previous Next
Bağla

İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

08-07-2022 14:42
İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

İpoteka və Kredit Zəmanət Fondu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Yevlax Əlçatanlıq Zonasında (Data Mərkəzi) BaaS (Backup-as-a-Service) xidmətindən faydalanır. Bu xidmət məlumat və bulud infrastrukturunun daimi rezervlənməsi, məlumat itkisi baş verən zaman onun operativ şəkildə bərpasının təmin edilməsi və qurumlar üçün mühüm olan məlumatın qorunub saxlanılmasını asanlaşdırır.

Xeberler.az bildirir ki, xidmət benefisiarlara rezervlənmə üçün daxili resurs tələbatının azaldılması hesabına xərclərin optimallaşdırılması, virtual infrastrukturların Data Mərkəzində avtomatlaşdırılmış şəkildə rezervlənməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların müxtəlif məkanlarda saxlanılması və təhlükəsizliyinin təmin edilməsi kimi üstünlüklər yaradır. Eyni zamanda, istifadəçiyə rezervlənmə prosesini gündəlik, aylıq və ya illik meyarlara əsasən planlaşdırmaq, rezervlənmələrin məlumatların artımı bazasında həyata keçirilməsi hesabına yaddaş və trafik xərclərinə qənaət etmək imkanı verir.

Məlumat üçün bildirək ki, Fond Bakı Əlçatanlıq Zonasında “AzInTelecom” MMC-nin təqdim etdiyi İaaS (İnfrastructure-as-a-Service) Bulud infrastrukturu xidmətindən də faydalanmağa davam edir. Gələcəkdə DRaaS (Disaster Recovery-as-a-Service – Fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması) xidmətindən faydalanmağı planlaşdırır.

“AZCLOUD” tərəfindən təqdim olunan həllər qurumların konkret tələbatlarına cavab verməyə və ehtiyac yarandıqca infrastruktur əldə etməyə imkan verir. Bundan əlavə, DDoS (Paylanmış xidmətdən imtina hücumları) Mühafizə xidməti ilə infrastrukturun etibarlılığı və təhlükəsizliyi təmin olunur, “Load Balancing” (Yüklənmənin tarazlaşdırılması) xidməti isə qurumların şəbəkədən istifadəsini optimallaşdırır.

Yevlax Əlçatanlıq Zonasının keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi müştərilər üçün informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa, maliyyə xərclərinə böyük həcmdə qənaət etməyə imkan yaradacaq.

Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzinə) sahibdir.

“AzInTelecom” MMC “AZCLOUD” üzrə dövlət orqanları və özəl sektora genişmiqyaslı, eləcə də çoxşaxəli bulud xidmətləri təqdim edir. Bu xidmətlərə “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Bakı Fond Birjası”məlumatlarını hökumət buluduna etibar edib

“Bakı Fond Birjası”məlumatlarını hökumət buluduna etibar edib

29-09-2022
“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022
“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022
Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

26-10-2022
Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

07-09-2022
Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

03-06-2022
Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022
Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022
“Azalternativenerji” MMC informasiya sistemlərini “Hökumət buludu”na köçürür

“Azalternativenerji” MMC informasiya sistemlərini “Hökumət buludu”na köçürür

19-09-2022
Nazir Rəşad Nəbiyev Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonasının fəaliyyəti ilə tanış olub

Nazir Rəşad Nəbiyev Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonasının fəaliyyəti ilə tanış olub

16-06-2022
ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

26-07-2023
Daha bir qurum informasiya sistemlərini “Hökumət buludu”na köçürür

Daha bir qurum informasiya sistemlərini “Hökumət buludu”na köçürür

18-07-2023
Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

17-08-2023
“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022
İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023
Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

23-05-2023
MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024
Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

10-03-2023
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

16-04-2024
“AzInTelecom” ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalanıb

“AzInTelecom” ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalanıb

05-04-2023
Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

04-05-2023
Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024
“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil olunacaq

“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil olunacaq

18-12-2020
Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

01-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə