Previous Next
Bağla

“Elektron hökumət"in həlli niyə gecikir?

17-12-2008 13:38
“Elektron hökumət"in həlli niyə gecikir?

“Biz ictimai informasiya mərkəzlərinin (İİM) təşkililə bağlı təkliflər paketi hazırlamışıq və onları mətbuata açıqlamaqla həm də dövlətə təqdim etmək fikrindəyik”. Bunu “Multimedia” ictimai birliyinin sədri Osman Gündüz dünən “İctimai informasiya mərkəzlərinin təşkili: problem və perspektivlər” mövzusunda keçirilən dəyirmi masada söyləyib.

Osman Gündüz 50 dövlət qurumunda rəsmi qurumların saytlarının fəaliyyəti sahəsində apardıqları monitorinqi başa çatdırdıqlarını deyərək, bu sahədə vergilər, Daxili İşlər nazirliklərinin saytlarının daha məzmunlu olduğunu bildirib. O bu sahədə ən pis durumun fövqəladə hallar, əmək və əhalinin sosial məşğulluğu, müdafiə və milli təhlükəsizlik nazirliklərində olduğunu, bu nazirliklərin ümumiyyətlə saytlarının olmadığını vurğulayıb.   O.Gündüz İqtisadi İnkişaf Nazirliyinin saytını da ciddi tənqid edərək, bu saytda “heç nə olmadığını” söyləyib. “Məzmun baxımından Vergilər Nazirliyinin saytı daha ciddidir”, - deyən Gündüz bütünlükdə bu saytlardakı duruma qiymət verərək, vəziyyətin ürəkaçan olmadığına diqqət çəkib. Onun sözlərinə görə, “elektron hökumət” üzrə Proqram qəbul olunsa da, bunun infrastrukturu qurulmayıb, eyni zamanda, saytların xidmət sahəsinə dair baza siyahısı məlum deyil.
 

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, problemin həllinə imkan verən “İnformasiya əldə etmək haqqında” qanun olsa da, qanunun tələblərinin yerinə yetirilmədiyini söyləyib. Onun fikrincə, İİM-in təşkili xalqın dövlət informasiyalarına çıxışını təmin edə bilər. Ə.Məmmədlinin sözlərinə görə, qəzetlərin yayım tirajının azlığı bu vasitə ilə informasiya əldə etməyə imkan vermir və elektron vasitələrdən istifadəni zərurətə döndərir. O, İİM-in təşkilində vacib vasitə olan kompüterləşmə və internet sürətinin aşağı olduğunu göstərib. Ölkədə cəmi 400 min kompüter olduğunu deyən Ə.Məmmədli bunun əhalinin cəmi 5%-ni əhatə etdiyini, ölkədə internet xidmətinin həddən artıq baha olduğunu, ilk növbədə bu sahələrdə ciddi müsbət irəliləyişə nail olmağın vacibliyini önə çəkib. Hüquqşünas həm də maarifləndirməyə xüsusi diqqət yetirməyin zəruriliyini vurğulayıb.
İnternet istifadəçilərinin azlığını qeyd edən Ə.Məmmədli hesab edir ki, istifadəçilərin sayı 50%-ə çatmadıqca, “elektron hökumət”in təşkili faydasız olacaq.
İqtisadçı Azər Mehdiyev iqtidarın əhalinin informasiya ilə təmin olunmasında maraqlı olmadığını bildirib. Onun fikrincə, elə hakimiyyətin bu hərəkəti əslində ölkədə vətəndaşın ictimai informasiyaya marağının azalmasına səbəb olub. Onun sözlərinə görə, ilk növbədə ictimai informasiyaya tələbatın özünü aktuallaşdırmaq lazımdır (“Turan”).
 “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi iqtidarın hər şeyi yalnız görüntü üçün yaratdığını deyərək, bu sahədə elə bir ciddi nəticələr gözləmədiyini açıqlayıb.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə görə, bu sahədəki problemlər konkret siyasətin nəticəsidir. Onun fikrincə, hakimiyyət internetin, informasiyaya çıxışın yüksəlməsində maraqlı deyil və bunun inkişafından qorxur.
  Qeyd edək ki,bütün bu fikirlər “İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda keçirilən Dəyirmi Masada səslənib.
                                                                                                                  express.com.
 
xeberler.az/Ellada
 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

15-12-2008

“İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək

12-12-2008

Multimedia Mərkəzi RİTN-ə İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması ilə bağlı Təkliflər təqdim edib

12-01-2009

Qeyri-dövlət qurumlarının informasiya təhlükəsizliyi iləi RİTN nəzdində yaradılacaq Elektron Təhlükəsizlik Mərkəzi məşğul olacaq

27-09-2012

Elektron hökumətlə bağlı Layihənin adi bir internet resursu yaradılmayıb

19-04-2012

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərlə bağlı vəziyyəti araşdırılıb

29-06-2012

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib.

04-03-2014

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib.

04-03-2014

Telekanallarla bağlı növbəti dəyirmi masa keçirilib

13-10-2009

Dövlət qurumunlarının və Bələdiyyələrin internet resurslarının monitorinqi açıqlandı

21-06-2011

Dövlət qurumlarının rəsmi internet resurslarının Monitorinqinin yekunlarına həsr olunmuş dəyirmi masa keçiriləcək

26-10-2009

“Anonimus” Azərbaycandan nə oğurlayıb?

06-09-2013

Osman Gündüz Avropa institutlarından Informasiya əldə edilməsi haqqında Qanuna ediləcək dəyişikliklərlə bağlı münasibət bildirməsini istəyib

07-06-2012

Elektron xidmətlərin göstərilməsinə hazırlıq sahəsində problemlər var

04-11-2011

Dövlət saytlarının monitorinqinin nəticələri açıqlanıb

29-10-2009

Osman Gündüz Rabitə Nazirliyinin səlahiyyətlərinin dəyişdirilməsini təklif edir

16-01-2009

“Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər” mövzusunda dəyirmi masa keçirilib

18-12-2014

“İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda Dəyirmi Masa keçirilib

02-06-2009

Elektron-rəqəmli imzaların verilməsi mərkəzi işə salınıb

01-07-2011

Bu gün “Azərbaycanda İKT statistikası: reallıq, problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

19-12-2008

Milli domenə maraq niyə azdır?

06-08-2013

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib

04-02-2014

Saytlara basqılara necə son qoymalı? Redaktorlar Birliyinin dəyirmi masasında qərarlar qəbul olundu

11-10-2011

«Biz hökumətdən cavab və ciddi reaksiya gözləyirik»

19-01-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə