Previous Next
Bağla

“Google” şirkəti “Android 4.4” platformasını təqdim edib

01-11-2013 22:18
“Google” şirkəti “Android 4.4” platformasını təqdim edib

“Google” şirkəti dünən “Android 4.4” mobil əməliyyat sistemini təqdim edib. Yeni platforma “Nestle” şirkətinin istehsal etdiyi şokolad batonunun şərəfinə “KitKat” adlandırılıb.

“4.4” platformasında əsas yeniliklərdən biri təkmilləşdirilmiş telefon tətbiqi olub. Artıq yalnız ünvan kitabçasındakı məlumatlar deyil, həm də coğrafi yaxınlıq üzrə yerləşən şirkətlərin kontakt məlumatları göstərilir. Bu informasiya “Google Maps”dan götürülür.

SMS və “MMS Hangouts” tətbiqində açılır. Bundan başqa, şirkət ƏS-nin interfeysini dəyişdirib. “Android 4.4” platforması texniki xüsusiyyətləri zəif olan aparatlarda işləyə biləcək. Əməliyyat sisteminin işləməsi üçün 512 MB əməli yaddaş kifayətdir.

Şirkət, həmçinin “Android” platformasının bəzi əsas proqramlarını yeniləyib və ƏS-nə yeni tətbiqlər əlavə edib: “Quickoffice” ofis paketi, addımölçən və “Emoji” klaviaturası. “Android 4.4” platforması əsaslı ilk smartfon yeni ƏS ilə eyni zamanda təqdim edilmiş “LG Nexus 5” aparatı olacaq.

Yaxın həftələr ərzində “Nexus 4”, “Nexus 7” və “Nexus 10”, həmçinin “Samsung Galaxy S4 Google Edition” və “HTC One Google Edition” smartfonlarının istifadəçiləri əməliyyat sistemini 4.4 versiyasına kimi yeniləyə biləcəklər.

“Android” dünyanın ən populyar mobil əməliyyat sistemidir. 2013-cü ilədək bu platforma ilə işləyən milyarddan çox qurğu aktivləşdirilib. Bu platformanın çatışmazlıqlarından biri fraqmentlik hesab edilir: 4.1.x sistemin ən populyar versiyasıdır. Qurğuların 36.5%-i bu sistemlə işləyir. (ictnews.az)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Android 5.1-dən bu telefonlar istifadə edəcək

03-07-2015

Nexus 9 üçün Android 5.1 yeniləməsi başladılıb

08-05-2015

Android 6.0 təqdim olunacaq

22-09-2015

"Google" Android 14 əməliyyat sisteminin beta versiyasını təqdim edib

13-04-2023

Google yeni telefonunu təqdim edəcək

16-07-2015

Google Android-in yeni versiyasını təqdim etdi

22-08-2017

Android ən populyar mobil ƏS olub

14-02-2011

Google ChromeOS və Android əməliyyat sistemlərini birləşdirəcək

16-07-2025

Android-in keçmişi və bu günü

09-04-2015

Android cihazlara yeni emosiyalar gəlir

04-12-2015

Android istifadəçilərinin sayı açıqlanıb

19-05-2017

Google Android əməliyyat sistemini PC-lərə gətirəcək

30-10-2015

“Samsung”un “Android” sistemli smartfonlar bazarında payı 63 faizə çatıb

13-11-2013

Yeni «Google» telefonu göstərildi

19-11-2010

Android M rəsmi olaraq təqdim olunub

29-05-2015

“Android” platforması “hi-tech” bazarında ən sürətli inkişaf edən məhsuldur

07-11-2013

Android-in istifadəçi sayı nə qədərdir?

30-09-2015

“Google Chrome OS” bulud əməliyyat sisteminin sonu çatıb

17-12-2010

Android Pay ABŞ-da istifadəyə verilib

11-09-2015

“Hyundai Genesis” və “Kia Soul” avtomobilləri "Android" əməliyyat sistemi ilə idarə edilə biləcək

27-10-2013

Android 6-dan istifadə edə biləcək smartfonlar

19-10-2015

Google Android platformasını daha 14 istehsalçı dəstəkləyib

11-12-2008

Android-smartfonlarının satışı gün ərzində 200 000 ədəd göstəricisini keçib

05-08-2010

Google telefon istehsal edəcək

26-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə