Google Android platformasını daha 14 istehsalçı dəstəkləyib

11-12-2008 / 13:19


 
  Google şirkəti tərəfindən özünün Android platformasının dəstəklənməsi məqsədi ilə yaradılmış Open Handset Alliance birliyinə daha 14 elektronika istehsalçısı qatılıb. Bunların arasında Sony Ericsson, Toshiba və Asus-u qeyd etmək olar.

  Həmçinin həmin alyansın sıralarına AKM Semiconductor, ARM, Atheros Communications, Borqs, Ericsson, Garmin, Huawei Technologies, Omron Software, Softbank Mobile, Teleca AB və Vodafone şirkətləri qatılıblar.

  Birliyin yeni üzvləri, həm Android platforması bazasında mobil qurğuların işlənib hazırlanmasını həmdə yeni əlavələr yaratmaqla, eləcədə artıq mövcud olan aparat və proqram təminatını təkmilləşdirərək bu platformanın inkişaf etdirilməsini həyata keçirəcəklər. Bu barədə Lenta  yazır.

  Sony Ericsson isə Android bazasında telefon istehsal etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki 2007-ci ildə təsis olunmuş Open Handset Alliance birliyinə Intel, Samsung, Motorola, Qualcomm və HTC daxil olmaqla 40-dan çox şirkət daxildir.

 

xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə