Previous Next
Bağla

“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatıb

10-03-2025 19:45
“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatıb

10 mart tarixində “Onlayn Azərbaycan” meqalayihəsinin yekun hesabat tədbiri keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru Şahin Babayev, “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) regional direktoru Natalia Moçu, eləcə də tənzimləyici qurumların nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər.

Tədbir çərçivəsində layihənin icrası, əldə olunan nəticələr və gələcək perspektivlər haqqında geniş məlumat verilib.

Açılış nitqi ilə çıxış edən Şahin Babayev bildirib: “Onlayn Azərbaycan” layihəsi ölkənin bütün ərazilərində həm biznes, həm də ev təsərrüfatlarının müasir texnologiyalar vasitəsilə yüksəksürətli, sabit genişzolaqlı internetlə təmin olunmasını hədəfləyirdi. Bir çox tərəfdaşların birgə səyləri nəticəsində ölkədə genişzolaqlı internet şəbəkəsinin qurulmasına nail olduq. Mürəkkəb struktur və strateji əhəmiyyətə malik layihə mərhələli şəkildə icra edildi. Son 4 il ərzində ölkədə sabit genişzolaqlı yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatdı, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edildi. Bu layihə internet infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji addımlardan biri oldu”.

Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə “Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində icra olunub.

Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb və 2024-cü ilin yanvar ayına olan məlumata əsasən bu göstərici 66 Mbit/s-ni keçib.

Tədbir “Rəqəmsallaşmada yeni mərhələ” mövzusuna həsr olunmuş panel sessiyası ilə davam edib. Sessiyada innovativ texnologiyaların tətbiqi, “bulud” xidmətlərinin genişləndirilməsi və e-hökumət platformalarının inkişafı üçün yaradılan imkanlar müzakirə olunub.

Qeyd edək ki, layihə çərçivəsində görülən işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. Belə ki, mart ayının 5-i dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress (MWC)” çərçivəsində “Aztelekom” MMC “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb. Bu mükafat internet sürət testi və təhlili üzrə qlobal lider olan “Ookla”® şirkəti tərəfindən təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti artıb

10-03-2025

Şahin Babayev: Yüksəksürətli internetlə təmin olunmuş təsərrüfatların sayı 3 milyona çatıb

10-03-2025

Bakıda mövcud təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub

31-07-2024

“Aztelekom”da hündürlükdə işlərin təhlükəsiz görülməsi ilə bağlı təlim keçirilib  

10-06-2024

“Onlayn Azərbaycan” layihəsinin Bakı şəhərinə aid hissəsi tamamlandı

23-09-2024

Azərbaycanda yüksəksürətli interneti olan təsərrüfatların sayı 3 milyona çatıb

20-08-2025

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

17-07-2024

“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə təcrübəsini paylaşacaq

22-05-2025

“Aztelekom” daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb

30-05-2025

Gələn il Azərbaycanda keyfiyyətli internet problemi tam həllini tapacaq

06-11-2023

“Aztelekom”un Baş direktor əvəzi: "Hazırda transformasiya dövrü keçirik"

16-05-2023

“Aztelekom”un Baş direktor əvəzi: "Hazırda transformasiya dövrü keçirik"

16-05-2023

Azərbaycanda internetin sürəti 30 faiz artıb

24-01-2024

Azərbaycandakı ev təsərrüfatlarının 58 faizinin genişzolaqlı internetə çıxışı var

11-12-2023

99,4 faiz mənzil və biznes subyekti yüksəksürətli internetlə təmin olunub

28-11-2024

Ev təsərrüfatlarının 52 faizinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

16-11-2023

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

“Aztelekom” beynəlxalq tədbirdə təmsil olunub

10-03-2026

“Ookla” “Onlayn Azərbaycan” haqqında analitik məqalə yayımlayıb

14-05-2025

Samir Məmmədov: 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcək

04-09-2024

“Aztelekom” “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb

06-03-2025

Ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74 faizinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

15-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə