Previous Next
Bağla

“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb

29-04-2025 12:37
“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza dövlət və özəl sektordakı elektron xidmətlərə əlçatanlığı artırmağa davam edir.

Xeberler.az bildirir ki, 2025-ci ildə çoxsaylı elektron xidmətləri özündə birləşdirən “digital.login” vahid giriş platformasına daxilolmaların 35,55 faiz-i “SİMA İmza” ilə həyata keçirilib. Bu, SİMA rəqəmsal imzanın yaradıldığı 2022-ci illə müqayisədə 118 dəfə artım deməkdir.

Hazırda “digital.login” vahid giriş platformasında 150-dən çox dövlət və özəl qurumun elektron xidmətlərinə SİMA yeni nəsil rəqəmsal imza ilə əlçatanlıq mümkündür.

Qeyd edək ki, “SİMA İmza” mobil tətbiqinin endirilmə sayı 4 milyona yaxındır. Yeni nəsil rəqəmsal imza ilə tərəfdaşlıq edən dövlət və özəl qurumların sayı 70-i keçib. Ölkə qanunvericiliyinə edilən müvafiq dəyişiklikdən sonra əmək müqavilələrinin 98 faizi (2 milyona yaxın şəxs tərəfindən) “SİMA İmza” ilə elektron şəkildə imzalanıb. SİMA ilə həyata keçirilmiş ümumi tranzaksiya sayı isə 36 milyonu ötüb.

Qeyd edək ki, “SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Dövlət və özəl sektorda vətəndaşların və qurumların rəqəmsal əməliyyatlarını asanlaşdırır. Azərbaycan vətəndaşları, Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər, fərdi sahibkarlar və hüquqi şəxslər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar.

SİMA İmza” istifadə rahatlığı, sürət və təhlükəsizlik baxımından dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəlməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verib. Mobil tətbiqi yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

04-02-2025

“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

07-04-2025

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza” ilə insan resursları üzrə əməliyyatlar rəqəmsallaşıb

07-03-2024

“SİMA İmza” ilə “Həyatın yaşam sığortası”nı məsafədən əldə etmək mümkün oldu

03-02-2024

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı olub

23-05-2025

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

SIMA “Portmanat” elektron pulqabına inteqrasiya olundu

14-03-2024

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

“SİMA İmza” və “Baku Electronics”dən yenilik

27-02-2026

SİMA rəqəmsal imza Birbank-da!

26-05-2026

“SİMA İmza” Ədliyyə Nazirliyinə məxsus tətbiqə inteqrasiya olunub

09-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə