Previous Next
Bağla

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025 14:53
“SİMA İmza” və “Yelo Bank”dan yenilik

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC “Yelo Bank” ilə əməkdaşlığı genişləndirib. “AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza ilə “Yelo Bank” fərdi sahibkar müştərilərinə kredit verilməsi prosesi tam rəqəmsallaşdırılıb. Artıq bankın sahibkar müştəriləri “SİMA İmza”dan istifadə edərək kredit müqaviləsini rahatlıqla imzalaya bilərlər.

Xidmət çərçivəsində bank əməkdaşı müştəriyə xüsusi QR kod təqdim edir. Müştəri isə “SİMA İmza” mobil tətbiqində öz sahibkar sertifikatı ilə QR kodu skan edib sənədlərlə tanış olur və bir kliklə bütün sənədləri imzalayır. Bu imkan sayəsində sahibkar həm növbə gözləmir, həm vaxtına qənaət edir, həm də kağız sənədlərlə iş prosesindən azad olur.

Qeyd edək ki, 2022-ci ildən “SİMA İmza”nın tərəfdaşı olan “Yelo Bank”ın mobil tətbiqində “SİMA İmza” ilə qeydiyyatdan keçmək, onlayn əmanət yerləşdirmək və müxtəlif maliyyə əməliyyatlarını asanlıqla həyata keçirmək imkanı da yaradılıb. SİMA yeni nəsil rəqəmsal imza ilə xidmət mərkəzlərindən asılılığa son qoyulur, qurumların iş yükü və xərcləri azalır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran və hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” biznes proseslərini sürətləndirir. Maliyyə əməliyyatları zamanı SİMA-nın üztanıma texnologiyası sayəsində təhlükəsizlik və etibarlılıq təmin edilir. Mobil tətbiqi yükləməklə əldə olunan SİMA yeni nəsil rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

25-10-2024

Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı olub

23-05-2025

Sahibkarlar “Yelo” mobil tətbiqində maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər

21-06-2023

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!

08-08-2024

ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başlayıb

09-01-2025

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

“SİMA İmza” ilə “Həyatın yaşam sığortası”nı məsafədən əldə etmək mümkün oldu

03-02-2024

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

“SİMA İmza” ilə insan resursları üzrə əməliyyatlar rəqəmsallaşıb

07-03-2024

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025

“PAŞA Bank” onlayn bank platformasını daha da əlçatan edib

06-12-2023

“SİMA İmza” ilə banka getmədən kredit əldə etmək mümkündür

28-11-2023

SIMA “Portmanat” elektron pulqabına inteqrasiya olundu

14-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə