Previous Next
Bağla

Sahibkarlar “Yelo” mobil tətbiqində maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər

21-06-2023 13:32
Sahibkarlar “Yelo” mobil tətbiqində maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin kommersiya tərəfdaşı ilə ilk inteqrasiyasını yekunlaşdırıb.

SİMA sahibkar həlli vasitəsilə bank sektoru üzrə xidmət və məhsullarının əlçatanlığını artıran ilk maliyyə təşkilatı “Yelo Bank” olub. Rəqəmsal imzanın bankın “Yelo” mobil tətbiqinə inteqrasiyası həyata keçirilib. Artıq fərdi sahibkarlar bankın filialına getmədən SİMA ilə “Yelo” tətbiqində qeydiyyatdan keçərək özlərinin şəxsiyyətini təsdiqlədə biləcəklər. Bununla da müştərilər istənilən vaxtda və istənilən yerdən “Yelo” tətbiqində qeydiyyatdan keçərək bankın fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmət və məhsullarına giriş əldə edəcəklər.

Hazırda “Yelo Bank” ilə SİMA arasında digər xidmətlər üzrə də inteqrasiya işləri sürətlə davam edir. Tezliklə fərdi sahibkarlar SİMA ilə “Yelo” tətbiqi üzərindən bankda onlayn hesab açılması prosesini də anında həyata keçirə biləcəklər. Həmçinin bankın müştərilərinin kredit üçün müraciət edərkən sənədləri SİMA ilə imzalamaq imkanı olacaq. Növbəti mərhələ üçün nəzərdə tutulan bu iki xidmətin istifadəyə verilməsi ilə sahibkarların xidmət mərkəzlərinə getməsinə, növbələrdə gözləməsinə, fiziki olaraq kağız sənədləri imzalamasına ehtiyac qalmayacaq.

“Yelo” mobil tətbiqi daxilində hesab üzrə əməliyyatları təsdiq edən sahibkarların SİMA yeni nəsil rəqəmsal imza ilə vergi və büdcə ödənişlərini, bankdaxili və ölkədaxili valyuta mübadilələrini həyata keçirməsi planlaşdırılır.

Qeyd edək ki, SİMA mobil tətbiqində qeydiyyatdan keçib rəqəmsal imza əldə edən vətəndaşlar daha sonra VÖEN-i daxil etməklə fərdi sahibkar imza sertifikatı əldə edəcəklər. Fərdi sahibkarlar SİMA rəqəmsal imza ilə “Elektron hökumət” sisteminə daxil olan 37 portalda dövlət elektron xidmətlərinə giriş edə bilərlər. Həmçinin “ASAN Login” Vahid Giriş Sisteminə daxil olaraq “E-customs” portalında “İdxal olunan məhsulların bəyan edilməsi”, “Şəxsi hesab e-vərəqəsinə giriş”, Əmək Münasibətləri və Məşğulluq altsistemində “Əmək bildirişlərinin əlavə edilməsi”, Lisenziyalar və icazələr portalında “İcazələr və lisenziyalar üzrə müraciətlərin göndərilməsi” xidmətlərindən faydalana bilərlər. Hazırda SİMA rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin digər dövlət qurumlarının elektron sistemlərinə və portallarına inteqrasiyası ilə bağlı texniki işlər davam etdirilir.

SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

Fərdi sahibkarlar üçün SİMA imza istifadəyə verilib

27-04-2023

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başlayıb

09-01-2025

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

SİMA-ya yeni funksionallıq əlavə edildi

20-10-2022

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

“SİMA” Vergi portalının fərdi sahibkar xidmətlərinə inteqrasiya edilib

13-05-2025

“Smart Customs” tətbiqinə “SİMA İmza” ilə daxil ol!

22-01-2024

ərlər Siyasət İqtisadiyyat Cə SİMA ilə yeni bank hesablarının açılması sadələşdi

15-08-2023

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

SIMA “Portmanat” elektron pulqabına inteqrasiya olundu

14-03-2024

“SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib

29-04-2024

“SİMA İmza” ilə “Həyatın yaşam sığortası”nı məsafədən əldə etmək mümkün oldu

03-02-2024

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə